Hicran Hüseynova Edvard Karvardin ilə görüşüb
5 iyun 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşü keçirilib.
5 İyun 2017 14:55 Sosial5 iyun 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşü keçirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, sədr Hicran Hüseynova bir sıra beynəlxalq təşkilatlarla ölkələrimiz arasında əməkdaşlığı yüksək qiymətləndirib və birgə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Görüş çərçivəsində qadınlara və uşaqlara qarşı olan müəyyən stereotiplərlə mübarizə, eyni zamanda cari ilin noyabr ayında keçiriləcək növbəti Uşaq Forumu haqqında məlumat verib. Daha sonra qonaqlar səmimi qəbul üçün minnətdarlığını bildirib. UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin qadınların və qız uşaqlarının qidalanmasındakı problemləri, vitamin çatışmazlığı və anemiya problemi ilə bağlı məlumatları diqqətə çatdıraraq, bu istiqamətdə birgə maarifləndirmə işinin aparılması haqqında təklif irəli sürüb. Sonda ikitərəfli layihələrin həyata keçirilməsi, bu sahədə effektivliyin artırılması məqsədilə, növbəti ildə də əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılıb.