"Dedi marixuananı heroinlə dəyişdim"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Səfər İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Səbail Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin rəisi Ruslan Məmmədov ifadə verərək bildirib ki, 2017-cı ilin yanvarın əvvəlində ona S.İbrahimovun narkotik alveri ilə məşğul olduğuna dair məlumat daxil olub: "Yanvarın 15-də onu saxlayıb üzərinə baxış keçirdik. Şalvarının cibindən 200 manat pul və marixuana aşkar edildi. Əlində qara rəngli çanta var idi, ondan da marixuana çıxdı. Dedi özüm üçün yığmışam, marixuana çox idi. Dedi ki, qalanını dəyişib heroin aldım".

İdarənin əməliyyat müvəkilləri Bəhrəm Qasımzadə, Səməndər Şirəliyev və Ayxan Məmmədov da oxşar ifadə veriblər. Hal şahidi İbrahimov Namət Xudbətdin oğlu ifadə verərək S.İbrahimovun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlandığını təsdiq edib. Digər hal şahidi xəstə olduğu üçün prosesə gəlməyib. Məhkəmə prosesi iyunun 12-də davam etdiriləcək. Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31