Gündəm
Binəli Yıldırım almaniyalı həmkarını qəbul etmədi
Türkiyənin baş nazir Binali Yıldırım öncədən açıqlanana proqramına əsasən Türkiyədə rəsmi səfərdə olan Almaniya xarici işlər naziri Sigmar Gabrieli günorta saatlarında Çankaya Köşkündə qəbul edəcəkdi. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, baş nazir Yıldırım, Almaniya xarici işlər naziri ilə görüşünü ləğv edib.
Binəqədidə “Dəyərlərimiz üçün birləşək” adlı iməclik aksiyası keçirilib
Binəqədi rayonunda “Dəyərlərimiz üçün birləşək” adlı iməclik aksiyası keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, “İslam Həmrəyliyi ili” çərçivəsində keçirilən iməclik aksiyasında İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın əməkdaşları, YAP Binəqədi rayon təşkilatının əməkdaşları və Gənclər Birliyinin fəalları, Binəqədi rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşları, eləcə də rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, rayonun bələdiyyələri, həmçinin ayrı-ayrı idarə, müəssisə və təşkilatları, ümumilikdə 300 nəfər fəal iştirak ediblər.
“Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyasının yekun konfransı keçiriləcək
İyunun 6-da Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə keçirilmiş “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyasının yekun konfransı təşkil ediləcəkdir. ADA Universitetində təşkil olunacaq konfransda dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri, kampaniyaya cəlb olunmuş gənclər və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, yekun konfransın əsas məqsədi kampaniya müddətində əhatə edilmiş fəaliyyətlərə dair hesabatın təqdim olunması və müvafiq nəticələrin ictimaiyyətə çatdırılmasıdır.
Avtomobildən mobil telefon aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz-2106" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonunun damından 4 ədəd "Samsung Galaxy A3"markalı mobil telefonar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Rusiya İrəvana daha 12 MiQ-29 qırıcısı göndərməyə hazırlaşır
Rusiyanın Hava-Kosmik qüvvələri öz arsenalını yeni çoxməqsədli Su-30SM qırıcıları ilə yeniləyir. İyunun 3-də Qərb hərbi dairəsinin 105-ci aviadiviziyasının 14-cü qvardiya qırıcı polkunun sərəncamına ilk iki Su-30SM qırıcısı verilib. Bundan əvvəl isə Baltik donanmasının tərkibinə daxil olan dəniz aviasiyası polkuna iki belə qırıcı verilmişdi. İndiyə qədər Rusiya Hava-Kosmik Qüvvələi cəmi 68 Su-30SM qırıcısı alıb. Donanma aviasiyasına isə 17 belə döyüş maşını verilib.
Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində münbit şərait yaradılıb
Bütün beynəlxalq risklər və təhdidlərə baxmayaraq Azərbaycan öz inkişaf yolunu davam etdirir. İstər ötən ilin yekunları, istərsə də cari ilin birinci rübünün göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycan düzgün yoldadır və bu yol ölkəmizə yalnız uğurlar gətirir. Bunu şərtləndirən başlıca amil isə ölkədə düzgün həyata keçirilən siyasətdir.
Bəzi insanlar orucun fəlsəfəsini hələ də anlamayıblar
Orucun tam fəlsəfəsi Allaha bəllidir və biz yalnız mövzunun məlum tərəflərinə aydınlıq gətiririk. Orucun vacib olmasının bir hikməti acların və yoxsulların çəkdiyi məşəqqətin oruc tutana bəlli olmasıdır. Ramazan ayında Allaha həqiqi iman gətirmiş insan oruc tutmaqla aclığın çətinliyini hiss edir, acların çəkdikləri məşəqqətdən xəbərdar olur. Bu məşəqqətləri dərk etməklə onun qəlbində yoxsullara qarşı riqqət yaranır.
Ermənistan yeni müharibəyə hazırlaşır
Ermənistan keçən ilin aprel ayında Azəbaycandan aldığı sarsıdıcı zərbənin cavab parametlərini axtarışa çıxıb. Keçən bir ildən artıq müddət ərzində düşmən ölkə bir neçə dəfə buna cəhd göstərsə də, lakin Azərbaycan Silahlı Qüvvələrinin cavabı özünü çox gözlətməyib və düşmənin planları reallaşmamış qalıb.
Elçin Hüseynbəyli yazır... Parklar bizim bağçamızdır
Bir şeyi dəfələrlə təkrar eləməyi xoşlamıram, amma xatırlatmaq adətimdir. Yadınızdadır, dostlar, bir dəfə parkdan yazmışdım? O da yadınızıdadırmı ki, iki gəncə irad tutmuşdum. Həmin gənclər – qız və oğlan tərtəmiz parkdakı skamyada oturub tum çırtlayırdılar, mənim yumşaq iradıma rəğmən şaşırdıcı (bəlkə də gözlənilən) cavabı verdilər: “Buranı süpürmək onların işidir, çünki buna görə maaş alırlar...” dedilər və parkı süpürən cütlüyə işarə elədilər. Halbuki o əzabkeşlər cüzi maaş alırlar və bəlkə də tum almağı özlərinə qıymırlar...
Lavrov: Qətərlə bağlı yaranmış vəziyyətdə Rusiyanın əli yoxdur
Ərəb ölkələrinin Qətərlə diplomatik münasibətləri kəsməsi öz işləridir, Moskva bu məsələyə qarışmır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O deyib: “Dünyadakı bütün hadisələrin arxasında bizim dayandığımızdan şübhələnmələrinə baxmayaraq, sizi inandırıram ki, bu belə deyil”.
Qubada ikimərtəbəli villa yanıb
Quba rayonu, Susay kəndində vətəndaşa məxsus villada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 200 m2 olan ikimərtəbəli mansart tipli evin yanar konstruksiyaları 180 m2 sahədə yanıb. Evin 1 otaqı yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Saatlıda 3 otaqlı ev külə dönüb
Saatlı rayonu, Mircəlalkənd kəndində vətəndaşa məxsus 3 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 98 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xətaidə çay evi yanıb
Bakı şəhəri, Xətai rayonunda çay evi yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 250 m2 olan mansard tipli ikimərtəbəli çay evinin mətbəxində mətbəx əşyaları 20 m2 sahədə yanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olnub. Yanğın saat 09:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hakimliyə namizədlər Türkiyədə təlim keçiblər
Hakimliyə namizədlərin Türkiyədə nəzəri və praktiki təlimlər keçməsi üçün qardaş ölkənin Ədliyyə Akademiyası ilə razılıq əldə olunub və artıq namizədlərdən 60 nəfərdən çoxu Türkiyə dövlətinin hesabına Ankarada iki həftəlik tədris səfərlərində olublar. Ədliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, kursun proqramına uyğun olaraq digər namizədlər də bu təlimlərə cəlb olunacaqlar.
Ədliyyə naziri yanında İctimai Komitənin səlahiyyət müddəti başa çatır
Müvafiq Qaydalara uyğun olaraq Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin iki illik səlahiyyət müddətinin cari il iyun ayının 25-də başa çatması ilə əlaqədar qurumun yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.














