Hakimliyə namizədlər Türkiyədə təlim keçiblər

Hakimliyə namizədlərin Türkiyədə  nəzəri və praktiki təlimlər keçməsi üçün qardaş ölkənin Ədliyyə Akademiyası ilə razılıq əldə olunub və artıq namizədlərdən 60 nəfərdən çoxu Türkiyə dövlətinin hesabına Ankarada iki həftəlik tədris səfərlərində olublar. Ədliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, kursun proqramına uyğun olaraq digər namizədlər də bu təlimlərə cəlb olunacaqlar.

Hakimliyə namizədlərin Türkiyədə  nəzəri və praktiki təlimlər keçməsi üçün qardaş ölkənin Ədliyyə Akademiyası ilə razılıq əldə olunub və artıq namizədlərdən 60 nəfərdən çoxu Türkiyə dövlətinin hesabına Ankarada iki həftəlik tədris səfərlərində olublar. Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, kursun proqramına uyğun olaraq digər namizədlər də bu təlimlərə cəlb olunacaqlar. Səfər zamanı azərbaycanlı hüquqşünaslar Ankarada Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə əklil qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən təlimlər zamanı Avropa İnsan hüquqları Məhkəməsinin presedent hüququ, mülki və cinayət prosessual hüququn bəzi müddəaları, məhkəmə iclasının idarə olunması və s. aktual mövzular tədris olunub, faydalı fikir və təcrübə mübadiləsi aparılıb. Namizədlər, həmçinin Türkiyə Böyük Millət Məclisində, Ali Məhkəmədə, Ədliyyə Nazirliyində, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyində təcrübi məşğələlər keçib, Türkiyənin məhkəmə-hüquq sistemi ilə tanış olub, habelə 28 may Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyində keçirilmiş tədbirdə iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31