Gündəm
Hərəkat rəhbəri: Ermənipərəst qüvvələr Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə bilməz
Əfqan Muxtarlının həbsi Gürcüstan-Azərbaycan münasibətlərinə heç bir halda xələl gətirə bilməz. Bunu Gürcüstanda fəaliyyət göstərən "Qeyrət" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgər deyib.
Azərbaycanlı bacısının gözü qarşısında intihar etdi
Göygöl rayon sakini Rusiya Federasiyasının Moskova şəhərində hündürmərtəbəli binadan özünü ataraq intihar edib. 38 yaşlı Afdandil Vidadi oğlu Məmmədov Moskva şəhərində kirayə yaşadığı hündürmərtəbəli binadan özünü ataraq intihar edib.
Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edilib
Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edilib. Bu barədə Azərbaycan prezidentiİlham Əliyev bu gün sərəncam imzalayıb.
Rusiyalı Botaniklər Botanika İnstitutunda
Rusiya Elmlər Akademiyası Daxili Sular İnstitutunun “Su bitkilərinin sistematikası və coğrafiyası” laboratoriyasının müdiri, b.ü.e.d. Kulikovskiy Maksim Serqeyeviç və böyük elmi işçisi, b.ü.f.d. Malçev Yevgeniy İvanoviç AMEA Botanika İnstitutunda elmi ezamiyyətdə olub.
Səudiyyə Ərəbistanı Qətərə niyə düşmən oldu? - Ortada İran məsələsi varmış
"Uzun illərin müttəfiqləri arasında münasibətlərin gərginləşməsi çoxları üçün gözlənilməz oldu. Səudiyyə Ərəbistanı Qətəri terrorçulara dəstək verməkdə və İranla məxfi münasibətlərdə ittiham edir. Məncə, elə əsas səbəb ikincidir. Çünki Qətərin müxtəlif terrorçu qruplaşmalara dəstək verməsinə dair xəbərlər illərdir dolaşır. Ancaq buna görə Səudiyyə Ərəbistanı Qətəri ittiham etmirdi, əksinə bu dövlətlə əməkdaşlığına davam edirdi. Lakin Qətər müstəqil oyunçu kimi İranla əlaqə qurmaq istəyib. Bu isə Ər-Riyadın narahatlığına səbəb olub. Çünki Səudiyyə Ərəbistanı kral ailəsinin yanaşmasına görə, onunla müttəfiq olan, müxtəlif əməliyyatlarda birgə iştirak edən dövlətin İranla gizli təmaslara başlaması ərəb-sünni ittifaqının maraqlarına ziddir".
"Möhtəşəm yüz il"ə qadağa qoyuldu
Malayziyada "Möhtəşəm yüz il" serialının yayımı dayandırıldı. Yayımlandığı gündən izlənilmə rekordu qıran serial izləyicilərin şikayəti ilə senzuraya məruz qalıb. Buna səbəb isə serialda İslama uyğun olmayan səhnələrin yer alması və Osmanlı İmperatorluğunun ləkələnməsinin göstərilməsidir.
Azərbaycan dövləti öz vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə təminat verir
Azərbaycanda siyasi plüralizm müstəqillik illərindən sonra dərin kök atmağa çaşlayıb. Ölkənin siyasi sisteminin özəyini təşkil edən siyasi partiyaların və vətəndaş cəmiyyətlərinin fəaliyyəti, seçki sisteminin təkmilləşdirilməsi, sərbəst toplaşmaq azadlığının təmin ounması, eləcə də söz və fikir azadlığının təşəkkül tapması məhz bu dövr üçün səciyyəvi xüsusiyyətə çevrilib.
Həcc ziyarətinə gedəcək zəvvarlara XƏBƏRDARLIQ
Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinə gedəcək zəvvarlara xəbərdarlıq edib. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, bu barədə sənədlərin qəbulu zamanı Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin təqdim etdiyi və zəvvarların imzaladığı müqavilənin xüsusi müddəa bölümündə qeyd olunub. Müddəada göstərilib ki, narkotik vasitələrin, spirtli içkilərin və təbliğat xarakterli ədəbiyyatların Səudiyyə Ərəbistanına aparılması qəti qadağandır. Ölkəyə narkotik aparanlar ölüm hökmü (edam) cəzasına məhkum edilir. Müqavilədə o da qeyd olunur ki, buna görə təşkilatçı (QMİ) məsuliyyət daşımır. Bütün məsuliyyət zəvvarın öz üzərinə düşür.
Almaniya konsulluğunun qəbul saatları dəyişdirildi
Almaniyanın Azərbaycandakı konsulluğunun qəbul saatları dəyişdirilib. 19.06. - 21.07.2017 tarixlərində konsulluğun qəbul saatları ancaq aşağıdakı günlərdə keçiriləcək: 20.06; 30.06; 04.07; 14.07 və 21.07.2017 saat 09:00-09:30, 22.06; 06.07; 10.07; 13.07; 17.07 və 20.07.2017 saat 14:00-14:30.
Nəriman Abdullayev Avropa çempionatı ilə bağlı hədəfi açıqlayıb
Kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev komandanın Avropa çempionatına hazırlığını dəyərləndirib. O bildirib ki, iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində keçiriləcək yarış üçün təlim-məşq toplanışları plan üzrə uğurla davam edir: “Hazırlığın ilk mərhələsini uğurla başa vurduq. Bakıda təşkil olunan məşqlərdə komandaya köməkçi boksçular da cəlb edilmişdi. Fiziki hazırlıqlarla yanaşı, sınaq döyüşləri də keçirdik və deyə bilərəm ki, komanda Avropa çempionatına hazırdır”.
“Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələr: Gəlcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib
5 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələr: Gəlcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov açılış nitqi ilə başlayıb.
Gənc Tamaşaçılar teatrı səfərlərdə
89-cu teatr mövsümünü sonuna doğru Gənc Tamaşaçılar Teatrı daha iki səfərə yola düşür. Kollektiv 11-17 iyun tarixlərində Astana şəhərinin Qazaxıstan Respublikasının paytaxtı elan olunmasının 19-cu ildönümü münasibətilə hər il ənənəvi olaraq Astana şəhərində keçirilən “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil etmək üçün dəvət alıb.
Soyğunçuluqla məşğul olan şəxs saxlanıb
Bakı şəhər sakinini döyərək pul qabısını alıb qaçan şəxslərdən biri tutulub. “Olaylar” Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 4-də saat 20 radələrində paytaxtın Nizami rayonu ərazisindəki evlərdən birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini Yeganə İsayevanı döyərək içərisində 6 manat və bankomat kartları olan pulqabısını alıb qaçarkən, Y.İsayeva səs-küyə gələn bina sakinləri ilə birgə onlardan birini tutaraq 25-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verib. Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini Səidə Kərimova olması müəyyən edilib. Nizami Rayon Polis İdarəsi tərəfindən digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirlər davam etdirilir.
Oğurluqla məşğul olanlar saxlanıb
Avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. “Olaylar” Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 1-də rayon ərazisində “VAZ-2107” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Arif Abdullayev saxlanılıb.
Keçmiş məhkumdan marixuana götürülüb
Bakı və Sumqayıt şəhər sakinlərindən marixuana götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Mehman Əliyevdən 8 kiloqram 20 qram marixuana götürülüb. Bundan başqa Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vahid Kazımovdan 480 qram marixuana götürülüb.









.jpg)




