Gündəm

"Facebook"da Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifə və qruplar fəaliyyət göstərir - Xəbərdarlıq

5 İyun 2017 16:43

Dövlət İmtahan Mərkəzi "Facebook" istifadəçilərinə müraciət edib. DİM-dən verilən xəbərə görə, aparılan araşdırmalar və qurumun səhifəsinə ünvanlanmış çoxsaylı müraciətlər nəticəndə "Facebook" sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzi adı ilə bir çox saxta səhifə və qrupların fəaliyyət göstərdiyi müəyyənləşib.

Türkiyəyə aparılan nazirlə bağlı SON XƏBƏR

5 İyun 2017 16:34

Səhhətində yaranan ciddi problemlərə görə Türkiyəyə aparılan Azərbaycanın energetika naziri Natiq Əliyev İstanbuldakı “Amerikan Xəstəxanası”na yerləşdirilib.  Türkiyə həkimləri nazirin vəziyyətini sabit kimi qiymətləndiriblər. Bildirilib ki, N.Əliyevin müalicəsi intensiv formada davam etdirilir.

Muğam Mərkəzində VII Şairllər Günü keçirilib

5 İyun 2017 16:32

Muğam Mərkəzində VII Şairllər Günü xalq şairiMəmməd Arazın xatirəsinə həsr olunub. Mərkəzdən “Olaylar” – a bildirlib ki, mərasim  Yazıçılar Birliyi və Gənc Şairlər Birliyinin təşkilatçılığı ilə baş tutub. 

Muğam Mərkəzində “Hüseyn Cavidin yaradıcılığında Musiqi dünyası”

5 İyun 2017 16:31

Muğam Mərkəzi və Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi əsasında “ Hüseyn Cavid yaradıcılığında musiqi dünyası “ adlı musiqili-ədəbi gecə keçirilib. Mərkəzdən “Olaylar” –a bildirilib ki, tədbirin aparıcısı, bədii qiraətçi, əməkdar artist, dosent Azad Şükürov H.Cavid yaradıcılıgından və onun poeziyasının Azərbaycan musiqisində və muğamlarımızdakı önəmli yerindən danışdı.

Öz ayaqları ilə xəstəxanaya gələn Natiq Əliyevin ürəyi niyə dayandı?

5 İyun 2017 16:30

Azərbaycanın energetika naziri Natiq Əliyevin səhhətinin ağırlaşması ilə bağlı maraqlı məqamlar üzə çıxıb.  İyunun 3-də ürəyindəki ağrılardan şikayətlənən nazir Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib. Xəstəxananın rəhbərliyinin nəzarəti ilə öz ayaqları ilə xəstəxanaya gələn nazirin müayinə olunmasına başlanılıb və o, palataya yerləşdirilib. Müayinə zamanı Natiq Əliyevin ürək aortasında tıxanma kəskinləşib və ürək fəaliyyətini dayandırıb. Təxminən 3 dəqiqəlik gərgin iş nəticəsində onun ürəyinin fəaliyyəti bərpa edilib və ürək damarlarına 4 stend qoyulub.

"Üzərindən Taleh Bağırovun müraciət kitabçası çıxıb" - "Nardaran işi"

5 İyun 2017 16:25

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrupun - "Müsəlman Birliyi Hərəkatı" adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Muzeyin 2016-cı il nəşrlərinin təqdimat mərasimi keçiriləcək

5 İyun 2017 16:22

İyunun 8 – də AMEA Milli Azərbaycan Tarixi Muzeyində  2016-cı il nəşrlərinin təqdimat mərasimi keçiriləcək.Muzeydən “Olaylar” – a bildirlib ki, təqdimatda adları çəkilən nəşrlər olacaq: “Milli Azərbaycan Tarixi Muzeyinin Elmi əsərləri”, Nailə Vəlixanlı “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər” , Nərgiz Əliyeva “Şeyx əs-Siləfi və Azərbaycan” ,  Наргиз Алиева “Ибн Макула о мухаддисах Азербайджана”, Nərgiz Əliyeva, Nasir Quluzadə, Emin Məmmədov “Davud bəy Şərifov”, Əli Rəcəbli “Qafqaz Pulları” ,  Fərhad Cabbarov, Məmməd Məmmədov “Şollar-Bakı su kəmərinin tarixindən” , “Azərbaycan qadın geyim bəzəkləri”. Kitab-albom. Müəllif və tərtibatçı: Gülzadə Abdulova,  “Zoomorf təsvirli şirli qablar”. Kataloq. Mətnin müəllifləri: Nasir Quluzadə və Genadiy Ağayev , “Azərbaycanın soyuq və odlu silahları”. Kataloq. Mətnin müəllifi: Sevinc Vahabova,  “Reinkarnasiya – tarixi eksponatlar”. Kataloq. Mətnin müəllifi: Səbuhi Əhmədov.

Bilik Fondu bölgələrdə ideoloji və sosial maarifləndirmə işi aparır

5 İyun 2017 16:21

İyunun 5-də Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Gəncə, Beyləqan, Hacıqabul və Şuşa rayon ictimaiyyəti üçün “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələr təşkil olunub.

Tacikistan nümayəndələri ADMİU-da

5 İyun 2017 16:22

Mədəniyyət və İncəsənət Universitetində Tacikistan Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib.Universitetdən “Olaylar” – a bildirlib ki, görüşdə Universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva, Rəssamlıq fakültəsinin dekanı Afət Aslanova Dizayn və dekorativ-tətbiqi sənət kafedrasında tədris olunan Xalçaçı rəssam və Qobelen üzrə rəssam ixtisasları haqqında ətraflı məlumat verib.

Terrorçuluqla bağlı qanunvericiliyə dəyişiklik edilir

5 İyun 2017 16:18

İyunun 5-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib. “Olaylar” xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov iclası açaraq gündəlik barədə məlumat verib.

Təhsil naziri Göyçay şəhərində vətəndaşları qəbul edib

5 İyun 2017 16:16

İyunun 5-də təhsil naziri Mikayıl Cabbarov Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

“Həmrəylik və insan hüquqları” mövzusunda tədbir keçirilib

5 İyun 2017 16:16

Saatlı Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin və Saatlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçlığı ilə baş tutub. “İnsan Hüquqları qorunması aylığı” çərçivəsində “Həmrəylik və insan hüquqları” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Mərkəzin direktor əvəzi Telman Ağayev, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının və Rayon Gənclər və İdman idarəsinin əməkdaşları, şagirdlər və müəllimlər iştirak ediblər.

Yadplanetlilər bizə siqnal yollayırlarmı? - Alimlər açıqladı

5 İyun 2017 16:10

Dünyanın ən məşhur kosmos mütəxəssislərindən ibarət qrup yadplanetlilərin Yer kürəsi ilə əlaqəsini təkzib edib. Alimlər yüksək keçirici kosmik simlərin ötürdüyü sürətli radio sıçrayışların bəzi mütəxəssislər tərəfindən yanlış müşahidə edilərək yadplanetlilərin Yer kürəsinə göndərdiyi siqnal kimi qiymətləndirildiyini bildiriblər. 

Akkreditasiya qanunvericiliyinin pozulmasına görə cərimələr müəyyənləşib

5 İyun 2017 16:05

Azərbaycanda uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə cərimələr müəyyənləşib. Azərbaycan prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiqləyib.

XİN: Türkiyə Qətərlə ərəb ölkələri arasındakı böhranın həllinə kömək etməyə hazırdır

5 İyun 2017 16:03

Türkiyə Qətər və onunla diplomatik münasibətləri kəsən ərəb ölkələri arasındakı böhranın həlli üçün kömək etməyə hazırdır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib. Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Bəhreyn, Yəmən və Liviyanın bu qərarı Türkiyəni məyus edib.