Gündəm

"Lapşin ümid edir ki, azadlığa çıxacaq"

5 İyun 2017 18:01

Bakıda həbsdə olan bloqer Aleksandr Lapşin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində vəkili ilə görüşüb. Bu barədə A.Lapşinin vəkili Eduard Çernin məlumat verib. Vəkilin sözlərinə görə, A.Lapşin hazırda tibb məntəqəsində müalicəsini davam etdirir, həkim nəzarətində saxlanılır: "Saxlanma şəraiti və səhhəti normaldır. Səhhətində ağırlaşma yoxdur. Görüş zamanı istintaq materialları barədə danışdıq. O, azadlığa buraxılmasını istəyir. Ümid edir ki, məhkəmə onu azadlığa buraxacaq".

Mübariz Qurbanlı Təyyar Altıkulacı qəbul edib

5 İyun 2017 17:59

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyə Dəyanət İşləri Başqanlığının sabiq rəhbəri Təyyar Altıkulacı qəbul edib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında din sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Azərbaycan ilə Türkiyə arasında dərin köklərə malik olan ikitərəfli əlaqələrdən məmnunluqla söhbət açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizin xarici siyasətində Türkiyə ilə əməkdaşlığın daha da genişləndirilməsinin daim diqqət mərkəzində olduğunu qeyd edib. O, bütün sahələrdə olduğu kimi din sahəsində də münasibətlərin yüksək səviyyədə davam etdiyini vurğulayıb.

Prezident dəyişiklik etdi - Hökumətə üç ay vaxt verildi

5 İyun 2017 17:41

Qanunun 21-ci maddəsinin birinci cümləsində "məhsulların, işlərin, xidmətlərin və fəaliyyətlərin standartlara və texniki tələblərə” sözləri "malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilib.

"İlham Əliyev. İnkişaf-məqsədimizdir" çoxcildliyinin 39-cu cildi çapdan çıxıb

5 İyun 2017 17:33

“Azərbaycanın bütün regionlarında quruculuq, abadlıq işləri aparılır. Mən istəyirəm ki, hər yerdə görülən işlər yüksək səviyyədə olsun. Çünki Azərbaycanın bugünkü inkişafı buna imkan verir. Dünya miqyasında ən ağır il olan 2009-cu ildə də Azərbaycan uğurla inkişaf edib. Demək olar ki, hər həftə Azərbaycanda hansısa çox önəmli bir məsələ öz həllini tapır. Goranboyun ərazisində məskunlaşmış məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün yeni qəsəbə salınıb, bu gün onun açılışını edəcəyik. Həftənin əvvəlində Bakıda məcburi köçkünlər üçün doqquzmərtəbəli altı binanın açılışını etdik. Dünən Sumqayıtda böyük elektrik stansiyası işə qoşulubdur. Bu onu göstərir ki, dünyada davam edən böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Azərbaycanda bütün planlar yerinə yetirilir və ölkəmiz uğurlu inkişafını davam etdirir”.

Ekspert: Qətər böhranı Türkiyəyə yalnız dolayı yolla təsir göstərə bilər

5 İyun 2017 17:31

Qətər böhranı heç bir halda Türkiyəyə bilavasitə təsir göstərə bilməz. Bunu Türkiyənin “Strategic Outlook” analitika mərkəzinin rəhbəri Yusif Çınar deyib. Onun sözlərinə görə, Qətər ətrafında yaranmış böhran son dövrlərdə Doha və Tehran arasında yaxınlaşma ilə əlaqədardır. Ekspertin fikrincə, bu böhran həm müsbət, həm də mənfi yöndə dolayı yolla təsir göstərə bilər.

Dəniz Səki azadlığa çıxıb

5 İyun 2017 17:29

Türkiyənin məşhur müğənnisi Dəniz Səki azadlığa çıxıb. Müğənni ilk açıqlamasında dincəlmək istədiyini bildirib: "Xoşbəxtəm, dincəlmək istəyirəm".

Dünyamin Xəlilovun məhkəmə istintaqı başa çatdı

5 İyun 2017 17:25

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək həbs edilən iş adamı və sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Pulsuz aviabilet şousu: sosial şəbəkədə yeni virus yayıldı

5 İyun 2017 17:23

İnternetdə istifadəçilərin şəxsi məlumatlarını oğurlayan yeni kompüter virusu yayılıb. Məxfi informasiyanı əldə etmək üçün insanlara pulsuz aviabiletlərin oynanılmasında iştirak təklif edilir.

Qırğızıstan Azərbaycandakı səfirini geri çağırdı

5 İyun 2017 17:21

Aycigit Buranov Qırğızıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən azad edilib. Bu barədə bu gün Qırğızıstan prezidenti aparatının informasiya siyasəti şöbəsindən məlumat veriblər. 

Rusiyalıların ən çox sevdiyi ədib hələ də Puşkindir

5 İyun 2017 17:18

Rusiya vətəndaşları arasında keçirilmiş sorğu nəticəsində məlum olub ki, bu ölkədə hələ də ən çox sevilən klassik ədib Aleksandr Sergeyeviç Puşkindir. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi tədqiqatın nəticələrinə istinadən xəbər verir ki, ən sevilən klassiklərin siyahısında rəyi soruşulanların 40%-i Puşkinin adını qeyd edib. İkinci yeri 27%-lə Lev Tolstoy tutur.

Tiflisdən Bakıya axan pullar və Azərbaycana qarşı xain şəbəkənin ifşası - TƏHLİL

5 İyun 2017 17:12

Ötən əsrin 30-cı illərində Qərb “qırmızı imperiyanı” içəridən dağıtmağa hesablanan “Prometey” əməliyyatı üçün Polşanı məkan olaraq seçmişdi. 40 il sonra SSRİ-ni dağıtdılar, lakin sonrakı dövr üçün milli respublikalarda çevriliş cəhdləri kimi xaos planlarının həyata keçirilməsində paylayıcı məkan təcrübəsi qazanıldı. Belarus prezidenti Aleksandr Lukaşenkonun mart ayında Minskdə “müftəxorların aksiyası” haqda dedikləri sözlər tarix rəfinə qaldırılmış “Prometey” əməliyyatı fonunda diqqət çəkir.

ADMİU-da Xalq çalğı alətləri ifaçılığı ansamblının konserti

5 İyun 2017 17:02

Mədəniyyət və İncəsənət Universitetində Xalq çalğı alətləri ifaçılığı kafedrasının tələbələrindən ibarət ansamblın konserti keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, Musiqi sənəti fakültəsinin Xalq çalğı alətləri ifaçılığı ixtisasında təhsil alan II kurs tələbəsi Cavid Məmmədzadənin bədii rəhbərliyi ilə keçirilən konsertdə Solo oxu ixtisasının I kurs tələbələri Sevinc Abidinova F.Qaraxanqızının “Röyamdasan”, Fidan Rəhimova Ə.Məmmədovun “Vətən yaxşıdır”,II kurs tələbəsi Çinarə Alıyeva “Simayi-Şəms” və III kurs tələbəsi Fərhad Ramazanov “Kəsmə şikəstə” zərbi muğamını ifa ediblər.

"Formula-1" ilə əlaqədar bəzi metro stansiyaları və avtobuslar 20 saat işləyəcək

5 İyun 2017 16:54

23-25 iyun tarixlərində Bakının mərkəzi küçələrində baş tutacaq "Formula-1" Azərbaycan Qran-pisi ərəfəsində tamaşaçıların trekə, dənizkənarı bulvarda yerləşən "F1 şəhərciyi"nə və bilet aldıqları tribunalara asan şəkildə yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələrinin adları məlum olub.

Sürücülərə XƏBƏRDARLIQ: "Ayaq tərləyir və sürüşür"

5 İyun 2017 16:52

Yayda insanların çoxu mövsümə uyğun olaraq, daban hissəsi açıq ayaqqabılar, barmaqarası tərlik ("vyetnamka"), çəkələk geyməyə üstünlük verir. Bəzi sürücülər isə, hətta avtomobili də yay ayaqqabıları geyərək idarə edirlər.