ADMİU-da Xalq çalğı alətləri ifaçılığı ansamblının konserti

Mədəniyyət və İncəsənət Universitetində Xalq çalğı alətləri ifaçılığı kafedrasının tələbələrindən ibarət ansamblın konserti keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, Musiqi sənəti fakültəsinin Xalq çalğı alətləri ifaçılığı ixtisasında təhsil alan II kurs tələbəsi Cavid Məmmədzadənin bədii rəhbərliyi ilə keçirilən konsertdə Solo oxu ixtisasının I kurs tələbələri Sevinc Abidinova F.Qaraxanqızının “Röyamdasan”, Fidan Rəhimova Ə.Məmmədovun “Vətən yaxşıdır”,II kurs tələbəsi Çinarə Alıyeva “Simayi-Şəms” və III kurs tələbəsi Fərhad Ramazanov “Kəsmə şikəstə” zərbi muğamını ifa ediblər.

Mədəniyyət və İncəsənət Universitetində Xalq çalğı alətləri ifaçılığı kafedrasının tələbələrindən ibarət ansamblın konserti keçirilib. Universitetdən "Olaylar" - a bildirilib ki, Musiqi sənəti fakültəsinin Xalq çalğı alətləri ifaçılığı ixtisasında təhsil alan II kurs tələbəsi Cavid Məmmədzadənin bədii rəhbərliyi ilə keçirilən konsertdə Solo oxu ixtisasının I kurs tələbələri Sevinc Abidinova F.Qaraxanqızının "Röyamdasan", Fidan Rəhimova Ə.Məmmədovun "Vətən yaxşıdır",II kurs tələbəsi Çinarə Alıyeva "Simayi-Şəms" və III kurs tələbəsi Fərhad Ramazanov "Kəsmə şikəstə" zərbi muğamını ifa ediblər.

Sonda ansamblın üzvləri Cavid Məmmədzadə, Mehdi Səbzəliyev (tar), Füzuli Rəhimov, Aytac Alıyeva (kamança), Ramin Hüseynzadə (qarmon), Zamin Qasımzadə, Famil Qəhrəmanov (balaban) və Ağakərim Abbasovun (nağara) ifasında "Dilşadı" rəqsi səslənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31