Gündəm

"Qarabağ” Nazarovu Azərbaycana gətirmək istəyir

5 İyun 2017 18:55

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ", hələ ki, futbolçu transfer etməyib. Bir neçə futbolçu ilə yollarını ayıran Ağdam klubu seçmə futbolçuları sıralarına cəlb etmək istəyir.

Ədliyyə nazirinin müavinlərinin sayı artırılıb

5 İyun 2017 18:52

Prezident İlham Əliyev “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Messi: ""Real"la oyundan sonra Enrike mənə dedi ki..."

5 İyun 2017 18:50

"Barselona"nın futbolçusu Lionel Messi sabiq baş məşqçisi Luis Enrike ilə bağlı açıqlama verib. Argentinalı hücumçu deyib ki, ötən mövsüm La Liqanın 32-ci turunda "Real"la oyundan (3:2) sonra L.Enrike ona ən yaxşı futbolçu olduğunu söyləyib: "Real" matçda sonra Enrike mənə futbol tarixinin ən yaxşı oyunçusu olduğumu dedi".

PSJ Alleqrinin xidmətlərində maraqlıdır

5 İyun 2017 18:50

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri PSJ-nin maraq dairəsində qalmaqda davam edir. Paris klubu ona illik 10 milyon avro məvacib verməyə hazırdır. Alleqrinin hazırki məvacibi 5.5 milyon avro təşkil edir. 49 yaşlı mütəxəsis 7 iyunda "Yuventus"un baş direktoru Beppe Marotta ilə görüşəcək.

"Bəlkə də, o biri həyatımda buna nail olaram"

5 İyun 2017 18:47

"Milan"ın gənc qapıçısı Canluici Donnarumma İtaliya mətbuatına müsahibəsində maraqları və qorxuları barədə danışıb. 18 yaşlı qolkiper bunları deyib:  "Mən tennisçi olmaq istəyirdim. Bəlkə də, o biri həyatımda buna nail olaram. Mən təyyərədə uçmaqdan qorxuram. Bu normaldır. Əvvəl az qorxurdum, indisə bu qorxum artıb".

AFFA Danimarkada oynayan türk futbolçunu milliləşdirdi

5 İyun 2017 18:46

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iyunun 9-dək Avstriyanın Zalsburq şəhərində təlim-məşq toplanışında olacaq. AFFA-nın rəsmi saytı xəbər verir ki, toplanışa aşağıda adları qeyd olunan futbolçular daxil edilib: Fəhmin Muradbəyli, Sənan Əlizadə (hər ikisi "Neftçi"), Eltun Turabov, Mahir Mədətov, Elgün Uluxanov (hamısı "Qarabağ"), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Yusif Nəbiyev (hamısı "Sumqayıt"), Oleq Hüseynov, Taşkın Sertan, Vüqar Həsənov, Əlibəy Məmmədli (hamısı "İnter" Bakı), Qismət Alıyev ("Qəbələ"), İlyas Səfərzadə ("Kəpəz"), Alen Askerov ("NK Novigrad", Xorvatiya), Onur Albayrak ("Hobro IK", Danimarka), Budaq Nəsirov ("Sporting", Portuqaliya), Serkan Baloglu ("Shtutgart", Almaniya), Mustafa Ozhitay ("SSV Ulm 1846", Almaniya). 

Türkiyədə 4 hərbçi yaralandı - Bu dəfə şimşək vurdu

5 İyun 2017 18:44

Türkiyənin şimalında Tokat vilayətində hərbi kazarmaya şimşək düşməsi nəticəsində 4 hərbçi yaralanıb. Hazırda yaralı əsgərlərin vəziyyəti kafi qiymətləndirilir.

İlham Əliyev İsveç Kralını təbrik etdi

5 İyun 2017 18:42

Azərbaycan Prezidenti İlham Əliyev İsveç Kralı XVI Karl Qustava təbrik məktubu ünvanlayıb.

Baş məsləhətçi: "Məişət zorakılığı ilə bağlı müraciətlərin sayı çoxalıb"

5 İyun 2017 18:40

“Bu gün ən çox yayılan zorakılıq formaları fiziki və mənəvi-psixoloji zorakılıqdır. Lakin bu o demək deyil ki, iqtisadi məhdudiyyətlərin tətbiqi, eləcə də cinsi zorakılıq halları baş vermir”. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə deyib.

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilib

5 İyun 2017 18:35

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycanın Çində ticarət nümayəndəsi təyin olundu

5 İyun 2017 18:31

Teymur Nadiroğlu Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi təyin edilib. Bu, artıq Azərbaycanın xarici ölkədə təyin olunan 2-ci ticarət nümayəndəsidir.

Millət vəkili: “Azərbaycanın ABŞ ilə əlqələrində yeni səhifə açılmaqdadır”

5 İyun 2017 18:23

“Azərbaycanın ABŞ ilə əlqələrində yeni səhifə açılmaqdadır. Bu ABŞ prezidenti Donald Trampın Azərbaycan Prezidentinə ünvanladığı son 2 məktubdan da hiss olunur”. Bunu millət vəkili Tahir Mirkişili deyib.

ABŞ-ın Orlando şəhərində atışma baş verib, ölənlər var

5 İyun 2017 18:18

ABŞ-ın Florida ştatının Orlando şəhərində atışma baş verib. Bu barədə Florida ştatının Orinc Kaunti bölgəsinin şerif ofisinin “Twitter” səhifəsində qeyd olunub. Ofis çoxsaylı itkilərin olduğunu təsdiqləyib: “Şerif ofisinin əməkdaşları hadisə yerində işləyir.

Şahid: “Məcbur olub, bazarı Akif Çovdarova və Hilal Əsədovun qayınatasına satdım” -  “MTN İŞİ”

5 İyun 2017 18:10

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qarabağı tanı” kitabının təqdimat mərasimi keçiriləcək

5 İyun 2017 18:07

İyunun 6-da  “Park İnn” mehmanxanasının “Dan ulduzu” zalında “İşğal altında: Şuşa. Qisas” kompyuter oyununun və “Qarabağı tanı” kitabının təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən daxil olub. Bildirilib ki, tədbirdə nazir Azad Rəhimov və digər Dövlət qurumlarının rəhbərləri, rəsmilər iştirak edəcək.  “İşğal altında: Şuşa. Qisas” oyunu 2012-ci ildə istehsal edilən “İşğal altında: Şuşa” oyununun yeni versiyasıdır. Əvvəlki versiya ilə müqayisədə həm texniki göstəricilər, həm də oyunun süjeti yenilənib və inkişaf etdirilib.