“Qarabağı tanı” kitabının təqdimat mərasimi keçiriləcək
İyunun 6-da “Park İnn” mehmanxanasının “Dan ulduzu” zalında “İşğal altında: Şuşa. Qisas” kompyuter oyununun və “Qarabağı tanı” kitabının təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən daxil olub. Bildirilib ki, tədbirdə nazir Azad Rəhimov və digər Dövlət qurumlarının rəhbərləri, rəsmilər iştirak edəcək. “İşğal altında: Şuşa. Qisas” oyunu 2012-ci ildə istehsal edilən “İşğal altında: Şuşa” oyununun yeni versiyasıdır. Əvvəlki versiya ilə müqayisədə həm texniki göstəricilər, həm də oyunun süjeti yenilənib və inkişaf etdirilib.
5 İyun 2017 18:07 Sosialİyunun 6-da "Park İnn" mehmanxanasının "Dan ulduzu" zalında "İşğal altında: Şuşa. Qisas" kompyuter oyununun və "Qarabağı tanı" kitabının təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a GİN-in mətbuat katibliyindən daxil olub. Bildirilib ki, tədbirdə nazir Azad Rəhimov və digər Dövlət qurumlarının rəhbərləri, rəsmilər iştirak edəcək. "İşğal altında: Şuşa. Qisas" oyunu 2012-ci ildə istehsal edilən "İşğal altında: Şuşa" oyununun yeni versiyasıdır. Əvvəlki versiya ilə müqayisədə həm texniki göstəricilər, həm də oyunun süjeti yenilənib və inkişaf etdirilib.