Baş məsləhətçi: "Məişət zorakılığı ilə bağlı müraciətlərin sayı çoxalıb"

“Bu gün ən çox yayılan zorakılıq formaları fiziki və mənəvi-psixoloji zorakılıqdır. Lakin bu o demək deyil ki, iqtisadi məhdudiyyətlərin tətbiqi, eləcə də cinsi zorakılıq halları baş vermir”. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə deyib.

"Bu gün ən çox yayılan zorakılıq formaları fiziki və mənəvi-psixoloji zorakılıqdır. Lakin bu o demək deyil ki, iqtisadi məhdudiyyətlərin tətbiqi, eləcə də cinsi zorakılıq halları baş vermir". Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə deyib.

2010-cu ildə ölkəmizdə "Məişət zorakılığı" haqqında qanunun qəbul edildiyini xatırladan R. Süleymanzadə söyləyib ki, ümumiyyətlə, bu qanun ölkəmiz üçün bir yenilikdir: "Bəzən fikirlər səslənir ki, əvvəl ölkəmizdə məişət zorakılığı halları olmurdu, lakin qanun qəbulundan sonra belə hallar daha da çoxalıb. Lakin bir məsələni unutmayaq ki, müstəqillik əldə etməmişdən öncə mətbuatımızda senzura var idi və məişət zorakılığı ilə bağlı faktların yayılmasına imkan verilmirdi. Belə olan halda, bu cür hallardan heç kimi xəbəri olmurdu. Lakin senzura ləğv edildikdən sonra azad mətbuat istənilən məlumatı qələmə alaraq əhaliyə çatdıra bilir. Məişət zorakılığı hallarının çoxalması ilə bağlı digər məqam ondan ibarətdir ki, qanunun qəbulundan sonra insanlar arasında aparılan maarifləndirmə nəticəsində bu cür problemlərlə bağlı müraciət edənlərin sayı çoxalıb. Komitənin də məqsədi bu cür halları aşkar edib, onlarla iş aparmaqdan ibarətdir".

Baş məsləhətçi qeyd edib ki, məişət zorakılığının qarşısının alınmasına dair görülən işlər daha da gücləndirilməli, icra mexanizmləri icra olunmalıdır: "Məişət zorakılığına məruz qalanlar gələcəkdə insan alverinin də qurbanına çevrilə bilərlər. Bu baxımdan qanun layihəsinin icra mexanizmləri icra olunmalıdır. Bəzən obyektiv və subyektiv səbəblərdən icra mexanizmlərinin həyata keçirilməsində müəyyən strukturlar tərəfindən problemlər var. Onlardan biri icra mexanizmləri ilə bağlı mühafizə orderlərinin verilməsi ilə bağlıdır. Belə ki, mühafizə orderləri zərərçəkmişə verilir və onlar 30 gün müddətində məişət zorakılığı tərədən şəxs zərərçəkənə qarşı heç bir zorakılıq halı edə bilməz. Əgər zorakılıq edən şəxs bu əməli təkrar edərsə, o zaman zərərçəkənə müvafiq icra orqanının təqdimatı ilə uzun müddətli mühafizə orderi verilir ki, bu da 30-180 gün ərzində müəyyən edilir. Əgər məişət zorakılığını edən şəxs bu orderin də tələblərini pozarsa, o zaman məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırdığı üçün Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə Cinayət Məcəlləsinə cəlb olunmalıdır. Lakin çox təəssüf ki, bu gün hələ də mühafizə orderlərinin konkret forması yoxdur".

R. Süleymanzadə söyləyib ki, bu gün məişət zorakılığı ilə bağlı mövcud olan problemlərdən biri məişət zorakılığına məruz qalan şəxslər üçün sığınacaqların olmamasıdır: "Belə ki, bu gün zorakılığa məruz qalan şəxs yenidən bunu törədən şəxslə eyni evdə yaşamaq məcburiyyətində qalır". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31