PSJ Alleqrinin xidmətlərində maraqlıdır

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri PSJ-nin maraq dairəsində qalmaqda davam edir. Paris klubu ona illik 10 milyon avro məvacib verməyə hazırdır. Alleqrinin hazırki məvacibi 5.5 milyon avro təşkil edir. 49 yaşlı mütəxəsis 7 iyunda "Yuventus"un baş direktoru Beppe Marotta ilə görüşəcək.

Onunla müqavilə 2018-ci ilin yayına kimi nəzərdə tutulub. İtaliyalı çalışdırıcı maaşının 8 milyon avroya qaldırılmasını istəyir. O, rəhbərlikdən Çempionlar Liqasını qazanmaq üçün 2 sanballı transfer də tələb edir. PSJ-nin baş məşqçisi Unay Emeri isə "Roma"nın diqqət mərkəzindədir.  Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31