Bilik Fondu bölgələrdə ideoloji və sosial maarifləndirmə işi aparır
İyunun 5-də Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Gəncə, Beyləqan, Hacıqabul və Şuşa rayon ictimaiyyəti üçün “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələr təşkil olunub.
5 İyun 2017 16:21 Sosialİyunun 5-də Bilik Fondunun "İdeoloji, sosial və elmi maarifləndirmə" proqramı üzrə Gəncə, Beyləqan, Hacıqabul və Şuşa rayon ictimaiyyəti üçün "Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu", "İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri" mövzularında mühazirələr təşkil olunub.
Fonddan "Olaylar" - a bildirlib ki, Gəncə şəhəri Aqrar Universitetində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Gəncə Dövlət Universitetində Milli Məclisin üzvü Pərvin Kərimzadə, Beyləqan Heydər Əliyev Mərkəzində Texniki Universitetinin kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Əyyub Kərimov, rayonun 2 nömrəli Şahsevən kənd orta məktəbində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin sektor müdiri Tofiq Abbasov, Hacıqabul Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva, rayonun 10 nömrəli tam orta məktəbində AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri Sakit Hüseynov, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov sakinlərə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verilib.
Mühazirələrdə Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsinin zəruriliyindən, ölkə Prezidentinin fərman və sərəncamlarının, Milli Məclisin qəbul etdiyi qanunların mahiyyətindən, yerli sənaye və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, tikinti sektorunun canlandırılmasına yönəldilən tədbirlərdən, ölkədə keçirilən beynəlxalq miqyaslı konfranslar və idman yarışlarından, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlərdən ətraflı bəhs olunub.
İnteraktiv formada keçən mühazirələrdə yerli ictimaiyyətin nümayəndələri çıxış edərək onları maraqlandıran aktual məsələlərə toxunub, gələcəkdə Fond tərəfindən təşkil olunacaq tədbirlərin mövzuları ətrafında fikir mübadiləsi aparıb, eyni zamanda, ölkə başçısının siyasi kursunu, görülən işləri yekdilliklə dəstəklədiklərini bildiriblər.