Muğam Mərkəzində VII Şairllər Günü keçirilib

Muğam Mərkəzində VII Şairllər Günü xalq şairiMəmməd Arazın xatirəsinə həsr olunub. Mərkəzdən “Olaylar” – a bildirlib ki, mərasim  Yazıçılar Birliyi və Gənc Şairlər Birliyinin təşkilatçılığı ilə baş tutub. 

Muğam Mərkəzində VII Şairllər Günü xalq şairi Məmməd Arazın xatirəsinə həsr olunub. Mərkəzdən "Olaylar" - a bildirlib ki, mərasim  Yazıçılar Birliyi və Gənc Şairlər Birliyinin təşkilatçılığı ilə baş tutub. 

Tədbir Məmməd Arazın "Məni qoyma təkliyə" şeirinin  onun öz ifasında videogörüntü ilə başlayıb.  Xalq yazıçısı Anar Məmməd Arazın yaradıcılığına toxunaraq qeyd edib ki, Azərbaycan dili yaşadığı müddətdə Məmməd Araz da yaşayacaq. 

Millət vəkili Qənirə Paşayeva tədbirin ölkələr arasında dostluq əlaqələrinin qurulması baxımından vacibliyinə toxunub: "Şairlərin qurduğu körpülərin bünövrəsi sevgidən olur və sevgidən qurulan körpuləri heç kim dağıda bilməz".  Daha sonra çıxış edənlərə İLESAM-ın sədri Mehmet Nuri Parmaksız tərəfindən İLESAM-ın mükafatı və AYB tərəfindən Mikayıl Müşfiq mükafatı təqdim olunub.  Tədbirdə şairin ailə üzvləri ilə yanaşı, türkiyəli şairlər də iştirak ediblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31