Muğam Mərkəzində “Hüseyn Cavidin yaradıcılığında Musiqi dünyası”

Muğam Mərkəzi və Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi əsasında “ Hüseyn Cavid yaradıcılığında musiqi dünyası “ adlı musiqili-ədəbi gecə keçirilib. Mərkəzdən “Olaylar” –a bildirilib ki, tədbirin aparıcısı, bədii qiraətçi, əməkdar artist, dosent Azad Şükürov H.Cavid yaradıcılıgından və onun poeziyasının Azərbaycan musiqisində və muğamlarımızdakı önəmli yerindən danışdı.

Muğam Mərkəzi və Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi əsasında " Hüseyn Cavid yaradıcılığında musiqi dünyası " adlı musiqili-ədəbi gecə keçirilib. Mərkəzdən "Olaylar" -a bildirilib ki, tədbirin aparıcısı, bədii qiraətçi, əməkdar artist, dosent Azad Şükürov H.Cavid yaradıcılıgından və onun poeziyasının Azərbaycan musiqisində və muğamlarımızdakı önəmli yerindən danışdı.

Tədbirdə tamaşaçılara H.Cavidin həyatını əks etdirən videoçarx təqdim olundu. Gecənin bədii hissəsində ADMİU-nin Muğam sənəti kafedrsının baş müəllimi,Əməkdar artist Nuriyyə Hüseynova ikinci kurs tələbəsi Məftun Səfərli  ilə birlikdə çıxış edib. Gecədə ADMİU-nin xalq çalğı alətləri ansamblının üzvləri Emil Mirzəyev (tar),Ceyhun Mirzəyev(kamança),Samirə Əliyeva(kanon),Vüqar Əhmədov(ud),Sübhan Əhmədov(balaban),Soltan Məmmədov(nağara) çıxış etdilər. 

Gecədə H.Cavidin şeirləri və sözlərinə yazılmış mahnılar, müxtəlif muğamlar üstündə qəzəlləri ifa olundu.

Qeyd edək ki, BMM-in və ADMİU-nun birgə layihələri davam edəcək. Belə ki,  "Muğam axşamları" layihəsi  çərçivəsində İyunun 6-da  "Segah" muğamı səslənəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31