Soyğunçuluqla məşğul olan şəxs saxlanıb

Bakı şəhər sakinini döyərək pul qabısını alıb qaçan şəxslərdən biri tutulub. “Olaylar” Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 4-də saat 20 radələrində paytaxtın Nizami rayonu ərazisindəki evlərdən birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini Yeganə İsayevanı döyərək içərisində 6 manat və bankomat kartları olan pulqabısını alıb qaçarkən, Y.İsayeva səs-küyə gələn bina sakinləri ilə birgə onlardan birini tutaraq 25-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verib. Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini Səidə Kərimova olması müəyyən edilib. Nizami Rayon Polis İdarəsi tərəfindən digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirlər davam etdirilir.

Bakı şəhər sakinini döyərək pul qabısını alıb qaçan şəxslərdən biri tutulub. "Olaylar" Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 4-də saat 20 radələrində paytaxtın Nizami rayonu ərazisindəki evlərdən birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini Yeganə İsayevanı döyərək içərisində 6 manat və bankomat kartları olan pulqabısını alıb qaçarkən, Y.İsayeva səs-küyə gələn bina sakinləri ilə birgə onlardan birini tutaraq 25-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verib. Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini Səidə Kərimova olması müəyyən edilib. Nizami Rayon Polis İdarəsi tərəfindən digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31