Ədliyyə naziri yanında İctimai Komitənin səlahiyyət müddəti başa çatır
Müvafiq Qaydalara uyğun olaraq Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin iki illik səlahiyyət müddətinin cari il iyun ayının 25-də başa çatması ilə əlaqədar qurumun yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.
5 İyun 2017 15:01 SosialMüvafiq Qaydalara uyğun olaraq Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin iki illik səlahiyyət müddətinin cari il iyun ayının 25-də başa çatması ilə əlaqədar qurumun yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, bununla əlaqədar tərkibi millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti orqanların təmsilçilərindən ibarət olan Seçki Komissiyası tərəfindən İctimai Komitə üzvlərinin fəaliyyəti təhlil edilərək qiymətləndirilir, namizədlər arasında seçim aparılır.İctimai Komitənin fəaliyyətində iştirak etmək istəyən müvafiq sahələr üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları və hüquq müdafiəçiləri öz proqram və təklifləri ilə Ədliyyə Nazirliyinə - Seçki Komissiyasına müraciət edə bilərlər. Müraciətə həmçinin, namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.