Elçin Hüseynbəyli yazır... Parklar bizim bağçamızdır

Bir şeyi dəfələrlə təkrar eləməyi xoşlamıram, amma xatırlatmaq adətimdir. Yadınızdadır, dostlar, bir dəfə parkdan yazmışdım? O da yadınızıdadırmı ki, iki gəncə irad tutmuşdum. Həmin gənclər – qız və oğlan tərtəmiz parkdakı skamyada oturub tum çırtlayırdılar, mənim yumşaq iradıma rəğmən şaşırdıcı (bəlkə də gözlənilən) cavabı verdilər: “Buranı süpürmək onların işidir, çünki buna görə maaş alırlar...” dedilər və parkı süpürən cütlüyə işarə elədilər. Halbuki o əzabkeşlər cüzi maaş alırlar və bəlkə də tum almağı özlərinə qıymırlar...

Elçin Hüseynbəyli

Parklar bizim bağçamızdır

Bir şeyi dəfələrlə təkrar eləməyi xoşlamıram, amma xatırlatmaq adətimdir. Yadınızdadır, dostlar, bir dəfə parkdan yazmışdım? O da yadınızıdadırmı ki, iki gəncə irad tutmuşdum. Həmin gənclər - qız və oğlan tərtəmiz parkdakı skamyada oturub tum çırtlayırdılar, mənim yumşaq iradıma rəğmən şaşırdıcı (bəlkə də gözlənilən) cavabı verdilər: "Buranı süpürmək onların işidir, çünki buna görə maaş alırlar..." dedilər və parkı süpürən cütlüyə işarə elədilər. Halbuki o əzabkeşlər cüzi maaş alırlar və bəlkə də tum almağı özlərinə qıymırlar...

Gələk mətləbə.

Adətimcə səhər-axşam parkı gəzirəm. "Vosmoy" bazarının aşağısından "Heydər parkı" uzanır. Gül-çiçəkli, ağacları boy verən səliqəli parkdır. Təxminən 15 il əvvəl o park salınanda heç kim inanmazdı ki, bir neçə ildən sonra bu parkın çinarları göylərə dırmaşacaq.

Parkın işçiləri sutka boyu əllərində süpürgə və su bağ-bağatı gəzir, təmizləyirlər. Amma elə ki, axşam düşür cavanlar parkdakı skamyalarda oturub tum çırtlayırlar. Tum çırtlamaq pis deyil, hələ bəlkə xeyirlidir də: həm cana faydalıdır, həm də söhbətə şirinlik qatır. Di gəl ki, tumun qabığını az qala adamların üzünə tüpürürlər. Ona görə də səhər erkən skamyaların yanında ürəkbulandırıcı mənzərə görərsən və təbii ki, həm onu seyr edənlər, həm də oranı təmizləyənlər deyinə-deyinə gəzirlər.

Heç kimin xətrinə dəymək fikrim yoxdur, amma mən bu fikirdəyəm ki, ictimai davranış ailədən qaynaqlanır və o cavanlar yaxşı ailə tərbiyəsi görsəydilr, bu cür etməzdilər. Çox ailələr tanıyıram ki, adicə bir konfet kağızını yerə atmırlar, uşaqlarına da bunu etməyə imkan vermirlər, hətta parkdan adi bir gül dərməyə də qoymurlar. Çünki hərə bir gül dərsə, onda gül-çiçəkdən əsər əlamət qalmaz, park da ki, park olmaz...

Düzü, park rəhbərlərindən birini tapıb nəsə demək istədim, amma dedilər ki, müdriyyətin ofisi başqa parkdadır. Ona görə də bu köşəmdən istifadə edib, onlara bir neçə təklif vermək istəyirəm: Giriş və çıxışda parkı zibilləməmək barədə xatırlatma yazılsın və konkret cərimə müəyyən olunsun. Axşamlar park nəzarətçiləri qayda pozanları cəzalandırsınlar. Deyə bilərsiniz ki, parkı təmiz saxlamaq hər kəsin

borcudur, xatırlatmaq nəyə lazım. Dostlar, görünür, kimlərəsə bunu xatırlatmaq lazımdır, özü də sərt şəkildə. Havayı yerə bizə "qılınc müsəlmanı" deməyiblər ki.

Əslində, bu barədə televiziyalarda sosial reklamlar olmalıdır. Bəzən kimlərisə tərbiyələndirmək gərəkdir. Adam ailədə tərbiyə almırsa, bu işi cəmiyyət öz boynuna götürməlidir.

Parklar bizim bağçamız, həyətimizdir. İnanmıram ki, kimsə öz həyəti və eviylə bu cür davransın.

Bir zamanlar "təmiz şəhər" layihəsi vardı. O, aktuallığını hələ də itirməyib və mənə elə gəlir ki, bu layihə əbədi olaraq bizə lazım olacaq. Çünki biz...

Bayaq dedim...

Iyunun əvvəli, 2017

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31