“Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyasının yekun konfransı keçiriləcək
İyunun 6-da Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə keçirilmiş “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyasının yekun konfransı təşkil ediləcəkdir. ADA Universitetində təşkil olunacaq konfransda dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri, kampaniyaya cəlb olunmuş gənclər və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, yekun konfransın əsas məqsədi kampaniya müddətində əhatə edilmiş fəaliyyətlərə dair hesabatın təqdim olunması və müvafiq nəticələrin ictimaiyyətə çatdırılmasıdır.
5 İyun 2017 15:22 Sosialİyunun 6-da Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə keçirilmiş "Gənclər Daha Yaxşı Gələcək Uğrunda" Kampaniyasının yekun konfransı təşkil ediləcəkdir. ADA Universitetində təşkil olunacaq konfransda dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri, kampaniyaya cəlb olunmuş gənclər və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub. GİN-in mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, yekun konfransın əsas məqsədi kampaniya müddətində əhatə edilmiş fəaliyyətlərə dair hesabatın təqdim olunması və müvafiq nəticələrin ictimaiyyətə çatdırılmasıdır.
Qeyd edək ki, "Gənclər Daha Yaxşı gələcək Uğrunda" Kampaniyası gəncləri BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq təhsil, sağlamlıq və gender bərabərliyi məsələlərinə dair məlumatlandırmaq məqsədi daşıyırdı. Kampaniya gənclər arasında təbliğat-təşviqat işinin aparılması vasitəsi ilə dayanıqlı inkişaf məqsədlərinə nail olma prosesində onların rolunun artırılmasına yönəlib. Konfransda "Gənclər Daha Yaxşı Gələcək Uğrunda" Kampaniyasnın 15 noyabr 2016 - 15 iyun 2017-ci il hesabat müddətini əhatə edən fəaliyyətlərinin hesabat video-çarxı da təqdim olunacaq.