Bəzi insanlar orucun fəlsəfəsini hələ də anlamayıblar
Orucun tam fəlsəfəsi Allaha bəllidir və biz yalnız mövzunun məlum tərəflərinə aydınlıq gətiririk. Orucun vacib olmasının bir hikməti acların və yoxsulların çəkdiyi məşəqqətin oruc tutana bəlli olmasıdır. Ramazan ayında Allaha həqiqi iman gətirmiş insan oruc tutmaqla aclığın çətinliyini hiss edir, acların çəkdikləri məşəqqətdən xəbərdar olur. Bu məşəqqətləri dərk etməklə onun qəlbində yoxsullara qarşı riqqət yaranır.
5 İyun 2017 15:14 SosialOruc tutan əslində aclıq və susuzluğun acısını dadmalıdır
Orucun tam fəlsəfəsi Allaha bəllidir və biz yalnız mövzunun məlum tərəflərinə aydınlıq gətiririk. Orucun vacib olmasının bir hikməti acların və yoxsulların çəkdiyi məşəqqətin oruc tutana bəlli olmasıdır. Ramazan ayında Allaha həqiqi iman gətirmiş insan oruc tutmaqla aclığın çətinliyini hiss edir, acların çəkdikləri məşəqqətdən xəbərdar olur. Bu məşəqqətləri dərk etməklə onun qəlbində yoxsullara qarşı riqqət yaranır. Nəticədə onlara yaxşılıq etmək fikrinə düşür. Bəziləri Ramazan ayının orucunu tutanda məqsədi arıqlamaq olduğundan, əslində oruca ilahi bir vəzifə kimi baxmır. Onlar formaya düşmək xatirinə ac qalırlar. Belə insanların Ramazanın mənəvi faydalarından heç bir nəsibi yoxdur, çünki onların ac qalmaları Allaha xatir olmadığı üçün ilahi savaba layiq deyillər. Bəziləri Ramazanın səhərlərində doyunca qarınlarını doldururlar ki, axşam iftarına qədər aclıq hiss etməsinlər. Belələri orucun fəlsəfəsini hələ də anlamayıblar. Oruc tutan əslində aclıq və susuzluğun acısını dadmalıdır. Hünər odur ki, insanın hər cür ləzzətli yeməklərə əl atmağa qüdrəti olduğu halda Allaha görə onlardan əlini çəksin. Hədislərdə də orucun fəlsəfəsinə işarə edilmişdir, onlardan bir neçəsini xatırlatmaq yerinə düşərdiq: Əmirəl-möminin İmam Əli buyurur: "Allah-taala orucu insanların imanlarının sınağı üçün vacib etmişdir". İmam Cəfər Sadiq buyurur: "Oruc onun üçün vacib edilmişdir ki, varlı və yoxsul bərabər olsun. Çünki varlılar istədiklərini çətinlik çəkmədən əldə edir və aclığın nə olduğunu təsəvvür belə etmirlər. Varlıların, yoxsulların çətinliklərini dərk edib hallarına yanması və aralarında bərabərliyin bərqərar olunması üçün oruc vacib edilmişdir. Bu ilahi hökmün vacib olmasının səbəblərindən biri də oruc tutan şəxsin özünü Allah qarşısında kiçik və ona möhtac olduğunu görməsidir. Orucluğun aclıq və susuzluğuna səbir edən iman sahibləri Allah rizasını qazanıb axirət dünyasının mükafatına nail olarlar. Bütün bunlarla yanaşı, möminlər oruc tutduqları müddət ərzində yoxsulların keçirdikləri ağır həyat tərzini özlərində yaşadır, qəzəb və şəhvət kimi şeytani xislətləri özlərindən uzaqlaşdıraraq mənəvi saflığa nail olurlar. Eyni zamanda möminlərin çəkdikləri zəhmət və məşəqqət onları yoxsul təbəqəyə maddi yardım etməyə sövq edir." Həzrət Əli ibn Musa Rza buyurur: "Oruc tutmağa əmr olunmuşsunuz ki, aclıq və susuzluğun acısını dərk edəsiniz və bunun vasitəsi ilə də axirətin (qiyamət gününün) yoxsulluğunu, çarəsizliyini anlayasınız". Ramazan ayı bütün ehkamları ilə yanaşı yenilənmə, dəyişmə fürsətidir. Daha doğrusu bu ayın bütün ehkamları insan üçün məhz yenilənmə məqsədi daşıyır. Ənənəvi olaraq bu ay zehnimizdə tövbə, oruc, birgə iftar, əhya kimi ayinlərlə assosiasiya olunur. Keçmişdə daha çox bu ayinlərin icrasına önəm verilir, hətta cəsarətli bir iddia olsa da, onların icrası daha çox hansısa magiya ritualına bənzəyirdi. Müasir dövrdə isə müxtəlif bəhanələrlə oruc tutmaqdan yayınan insanların sayı artıb. Bir çox insanlar sağlamlıq durumunu əsas gətirərək asanlıqla oruc tutmaqdan vaz keçirlər. Ancaq orucluğun fəlsəfəsində açlığın bir sıra xəstəliklərə müsbət təsiri aşılanır. Odur ki, xəstəliyi olan müsəlmanın oruc tutub-tutmaması həkimin məsləhəti ilə baş verməsi tövsiyyə olunur. Bu arada xatırladaq ki, ən çox şəkər xəstəliyi olan insanların oruc tutmaması məsləhət görülür. Ancaq bunun da bir sıra incəlikləri mövcuddur. Əvvəla qeyd edək ki, Ramazan ayında oruc tutmaq hər bir müsəlman üçün vacib sayılır. Hətta, sağlam olmaq istəyirsənsə, oruc tut deyirlər. Müasir tibb orucu xəstəliklərə qarşı qoruyucu dərman hesab edir. Amma bir qrup xəstəliklər var ki, bu zaman oruc tutmaq məsləhət görülmür və əgər belə xəstəliyi olan şəxs oruc tutarsa, onun səhhətində çox böyük problemlər yaranır. Bu qrupa daxil olan xəstəliklər sırasına şəkərli diabetdə daxildir . Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsinin müdiri Könül İsmayılova şəkərli diabet xəstələri üçün oruc tutmağın nə dərəcədə doğru olmasından danışıb. K. İsmayılova deyir ki, oruc tutmaq hər bir müsəlmanın mənəvi borcudur: "Müəyyən kateqoriyaya aid olan insanlar var ki, onlar oruc tutmaqdan azad olunurlar. Bunlar hamilə qadınlar, uşaqlar, süd verən qadınlar və s. xəstəlikləri olan insanlardır. Şəkərli dibaet xəstələri də bu qrupa daxidir. Eyni zamanda I tip diabet olan xəstələr, tam insulin terapiyası alanlar, həmçinin şəkərləri tez-tez qalxıb-enən xəstələrə oruc tutmaq qətiyyən məsləhət görülmür. Bəzən diabetli xəstələr də olur ki, onlar israrla oruc tutmaq istəyirlər. Hətta bununla əlaqədar bir sıra müsəlman ölkələrində tədqiqatlar aparılıb və məlum olub ki, bəzi qrup diabetli xəstələr oruc tuta bilərlər. Sadəcə buna 2-3 ay əvvəldən hazırlaşmaq lazımdır. Həmin xəstələr həkiminin konsultasiyalarına gələ bilər və orucluq müddətində şəkərlərini necə tənzimləmələrini öncədən danışa bilərlər. Belə xəstələr üçün saatlarla ac və sussuz qalmaq daha böyük risk yaradır. Orqanizm susussuzlaşır və tromb əmələ gəlmə ehtimalı artır. Orucluqda bəzi insanlarda çəkidə artım da müşahidə olunur. Çünki, qısa müddətdə daha çox yeyirlər və düzgün şəkildə qidalanmırlar". K. İsmayılova qeyd edib ki, şəkərli diabet xəstələri oruc tutan zaman bir sıra hallarla qarşılaşa bilərlər: "Həmin xəstənin qəfil şəkəri düşə və ya qalxa bilər, ürək getmə halı, eyni zamanda təzyiqin yuxarı qalxması və ya enməsi halı müşhidə edilə bilər. Hətta xəstə huşunu itirib travmalar ala bilər, ona görə də belə insanlar öncədən məlumatlandırılmalıdır. Onlar xüsusilə qidanlanmaya diqqət etməlidirlər. Dənli bitkilərlə zəngin qidalara, paxlalı bitkilərə, quru meyvələrə, züllal, yağ, yağsız süd, kəsmik və s. bu kimi qidalara üstünlük verməldirlər. Çünki, bunlar orqanizmdə ehtiyat yaradan qidalardır. Amma bu qidalarda normanı gözləmək şərtilə qəbul edilməlidir. Həmçinin bu xəstələr bol maye içməlidirlər. Bu, gün ərzində balansı qorumaq üçün vacibdir". "Dərman müalicəsi alan xəstələr ən çox nəyə diqqət etməlidir" sualına isə həkim belə cavab verib:"Əvvəla orucluqla bağlı olub-olmamasından asılı olmayaraq bu xəstələr mütləq pəhrizlərinə fikir verməlidirlər. Xüsusilə həm imsak, həm də iftar vaxtı karbohidrat qəbul edirlər, amma bu bölgünü düzgün şəkildə aparmalı və iftar vaxtı daha tez həzm olunan qidaları, imsak vaxtı isə gec həzm olunan qidaları qəbul etməlidirlər. Dərman qəbul edən xəstələrin nəzərə almaları vacib olan şeylərdən biridə dərmanın hansı qrupa aid olmasıdır. Çünki, bəzən dərmanın hansı qrupa aid olmasını bilməyən xəstə onu qəbul etdikdən sonra onda şəkərin düşməsi halı müşahidə edilir. Bu da həmin xəstə üçün həyati təhlükə deməkdir". Həkim onu da vurğulayıb ki, belə xəstələr bəzən orucu qəti olaraq dayandırmağa məcbur da ola bilirlər: "Əgər şəkər qeyd edilən göstəricidən (3,3-dən) aşağı düşərsə bu zaman xəstə orucu tam dayandırmalıdır. Şəkər 300mq-dan artıq olarsa, orucu pozmaq olar. Çünki, bu hallar xəstənin sağlamlığı üçün təhlükəlidir. Diabetli xəstələr üçün fiziki aktivlikdə böyük önəm kəsb edir. Ona görə də onlar gün ərzində fiziki aktivliyi də nəzərə almalıdırlar".
Nurlan