Surdotərcümə ilə milli film nümayiş olundu
Nizami Kino Mərkəzində danışma və eşitmə qüsuru olan insanlara surdotərcümə ilə milli film nümayiş olunub. Mərkəzdən “Olaylar” – a bildirlib ki, Nizami Kino Mərkəzi Human Foundation qurumunun nəzdində Human Deaf Community ilə birgə eşitmə və danışma məhdudiyyətli insanlarla surdotərcümə edilmiş milli “Oğlan evi” filmini təqdim edib. Film, tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.
5 İyun 2017 14:45 Teatr və kinoNizami Kino Mərkəzində danışma və eşitmə qüsuru olan insanlara surdotərcümə ilə milli film nümayiş olunub. Mərkəzdən "Olaylar" - a bildirlib ki, Nizami Kino Mərkəzi Human Foundation qurumunun nəzdində Human Deaf Community ilə birgə eşitmə və danışma məhdudiyyətli insanlarla surdotərcümə edilmiş milli "Oğlan evi" filmini təqdim edib.
Film, tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.
Filmi tərcümə edən Nuranə Abıyeva qonaqlar adından, tədbirin təşkilində zəhməti olan insanlara təşəkkürlərini bildirib.
Nizami Kino Mərkəzinin kollektivi bu formatda olan sosial aksiyalara daima dəstəyə hazır olduğunu qeyd edib.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə və davamlı olaraq surdotərcüməli filmlər Nizami Kino Mərkəzində təmənnasız nümayiş olunur.