Prezident İlham Əliyevin qətiyyətli liderliyi: Sabit və firavan gələcəyin başlanğıcı - ÖZƏL

"Prezident İlham Əliyevin qətiyyətli liderliyi və uzaqgörən strategiyası sayəsində Azərbaycan beş il ərzində yalnız hərbi qələbəni möhkəmləndirmədi, həm də beynəlxalq hüququn prinsiplərinə söykənən davamlı sülh sistemini qurdu. Bu, Cənubi Qafqazın gələcək onilliklərdə təhlükəsiz və firavan inkişafına zəmin yaradan tarixi nailiyyətdir."

Bu fikirləri siyasi şərhçi Polad Mehdiyev Olaylar.az-a açıqlamasında bildirib:

1. 2020-ci il Vətən müharibəsindən sonra başlayan proseslər nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri üzərində tam suverenliyi bərpa olundu. Bu, BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit olunan "dövlətlərin ərazi bütövlüyü" prinsipinin real təminatı idi.

2. Azərbaycan-Ermənistan sülh sazişi Naxçıvana Ermənistan ərazisindən maneəsiz gediş-gəlişin təmin olunmasını nəzərdə tutur. Bu, həm 1949-cu il Cenevrə Konvensiyaları çərçivəsində humanitar tranzit prinsiplərinə, həm də 1993-cü il Helsinki Yekun Aktının sərbəst kommunikasiya bəndlərinə uyğundur.

3. Azərbaycan-Ermənistan sülh sazişi Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşdırır. Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün mühüm təminatdır. Bu yol təkcə Azərbaycanın strateji əlaqələrini möhkəmləndirmir, həm də regionda iqtisadi inteqrasiyanı və sülhü gücləndirir.
Prezident İlham Əliyev: "Bu saziş təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz üçün sabit və firavan gələcəyin başlanğıcıdır."

4. Sazişə dünyanın ən aparıcı dövləti - ABŞ-ın rəsmi şəkildə dəstəyi Azərbaycanın diplomatik uğurunun ən mühüm elementlərindən biridir. ABŞ-ın iştirakı, beynəlxalq hüquq baxımından, sazişin icrasına əlavə təminat verir və bölgədə sülhün uzunömürlülüyünə zəmanət yaradır.

5. Bu həm də yeni regional nizamın qurulması- Rusiya və İran balansının dəyişməsidir. Yəni sazişin icrası ilə Cənubi Qafqazda güc balansı dəyişir: Rusiya bölgədən daha sürətli çıxışa məcbur olacaq, İranın isə regional təsir imkanları hüquqi və siyasi müstəvidə daralacaq. Bu, Azərbaycanın müstəqil siyasət yürütməsi üçün daha geniş imkanlar açır.

6.Sülh sazişi yalnız münaqişənin sonu deyil, həm də regional iqtisadi inteqrasiyanın başlanğıcıdır. Sərbəst ticarət, tranzit və investisiya layihələri üçün hüquqi baza formalaşır ki, bu da bölgədə uzunmüddətli sabitlik və rifaha yol açır.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31