DTX sədri Musiqili Teatrda

 Dövlət Təhlükəsizlik Xidmətinin sədri Mədət Quliyev Musiqili Teatrda olub.  Musiqili teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a  bildirib ki, general-leytnant Mədət Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri və “1001 gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasını izləyib. Anşlaqla keçən tamaşanı izləyənlər arasında Amerika Birləşmiş Ştatlarından ölkəmizə gələn qonaqlar da olub. “999-cu gecə” böyüklər üçün nağıl-tamaşası bütün izləyicilər tərəfindən böyük maraq və çoşqu ilə qarşılanıb.

Dövlət Təhlükəsizlik Xidmətinin sədri Mədət Quliyev Musiqili Teatrda olub.  Musiqili teatrının mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a  bildirib ki, general-leytnant Mədət Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri və "1001 gecə" nağıllarının motivləri əsasında hazırlanan "999-cu gecə" tamaşasını izləyib. Anşlaqla keçən tamaşanı izləyənlər arasında Amerika Birləşmiş Ştatlarından ölkəmizə gələn qonaqlar da olub. "999-cu gecə" böyüklər üçün nağıl-tamaşası bütün izləyicilər tərəfindən böyük maraq və çoşqu ilə qarşılanıb.

Sonda Dövlət Təhlükəsizlik Xidmətinin sədri, general-leytnant Mədət Quliyev Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə minnətdarlıq edib.

Tamaşanın quruluşçu-rejissoru Prezident mükafatçısı İradə Gözəlova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31