Politoloq: “Həmsədrlər bu dəfə də diqqəti cəbhədəki vəziyyətə yönəldəcəklər"

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin iyunun 19-da regiona səfəri çox güman ki, digərlərindən seçilməyəcək”. Bunu  politoloq İlqar Vəlizadə deyib. Hazırda Minsk qrupunun həmsədrlərinin xarici işlər nazirlərinin görüşünün gündəliyini təşkil etməyə çalışdığını deyən politoloq söyləyib ki, amma əslində onlar nəticə etibarı ilə prezidentlərin görüşünə gətirib çıxaracaq gündəlik tərtib etməli idilər: “Təbii ki hazırda prezidentlərin görüşündən söhbət gedə bilməz.

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin iyunun 19-da regiona səfəri çox güman ki, digərlərindən seçilməyəcək". Bunu  politoloq İlqar Vəlizadə deyib. Hazırda Minsk qrupunun həmsədrlərinin xarici işlər nazirlərinin görüşünün gündəliyini təşkil etməyə çalışdığını deyən politoloq söyləyib ki, amma əslində onlar nəticə etibarı ilə prezidentlərin görüşünə gətirib çıxaracaq gündəlik tərtib etməli idilər: "Təbii ki hazırda prezidentlərin görüşündən söhbət gedə bilməz. Çünki, Ermənistan Azərbaycan torpaqlarının boşaldılması və qoşunlarını işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı məsələlərin müzakirəsindən boyun qaçırır. Təəssüfedici məqam da odur ki, Minsk qrupunun həmsədrləri bütün bunları görür, lakin bununla bağlı heç bir təklif irəli sürmürlər. Bu baxımdan hesab edirəm ki, bütün səfərlərdə olduğu kimi, həmsədrlər bu dəfə də regiona səfər etdikdə əsas diqqəti cəbhədə vəziyyətə yönəldəcəklər. Belə vəziyyətdə problemin kompleks həlli məsələsi kənarda qalır".

İ. Vəlizadə söyləyib ki, həmsədrlər regiona tez-tez səfər etsələr də, münaqişənin həlli ilə bağlı məsələdə heç bir dəyişiklik olmur: " Çünki müzakirə olunan məsələlər real problemi həll etmir, yalnız münaqişəyə bir bucaqdan baxışı əks etdirir. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31