“İnsan hüquqları aylığı” qeyd olunur

Paytaxt məktəblərində ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir. “OLAYLAR”-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, Təhsil Nazirliyi və Ombudsman Aparatı arasındakı əməkdaşlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə insan hüquqlarına dair konfrans, seminar, “Dəyirmi masa”, disput və inşa yazı müsabiqələri təşkil edilir.

Paytaxt məktəblərində ölkəmizdə elan olunan "İnsan hüquqları aylığı" ilə əlaqədar silsilə tədbirlər keçirilir. "OLAYLAR"-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, Təhsil Nazirliyi və Ombudsman Aparatı arasındakı əməkdaşlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə insan hüquqlarına dair konfrans, seminar, "Dəyirmi masa", disput və inşa yazı müsabiqələri təşkil edilir. "İnsan hüquqları aylığı" çərçivəsində məktəblərdə tədbirlərin keçirilməsində əsas məqsəd insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir. Aylıq çərçivəsində "İnsan hüquqlarının müdafiəsi", "İnsan hüquqları və multikulturalizm", "Hüquqlarımızı bilək" və digər mövzularda şagirdlərlə söhbətlər aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31