Hava yağmursuz keçəcək
İyunun 6-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
5 İyun 2017 12:37 Sosialİyunun 6-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 16-19° isti, gündüz 25-30° isti, Bakıda gecə 17-19° isti, gündüz 27-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi qıraq qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.