Səyyar ASAN xidmət yeni məntəqələrdə

 Səyyar ASAN xidmət 5 iyun – 4 iyul tarixində Daşkəsən, Balakən, Yardımlı, İmişli şəhərlərində, 5 – 19 iyun tarixində Ağdam şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Asan xidmətdən “Olaylar” – a bildirlib ki, Həmçinin, səyyar avtobuslar 8 iyun Zərdabda, 20 iyun Qusarda, 9 iyun Mehdiabad qəsəbəsində, 10 iyun Türkan qəsəbəsində, səyyar ASAN qatar  5 iyun Xaçmazda vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Səyyar ASAN xidmət 5 iyun - 4 iyul tarixində Daşkəsən, Balakən, Yardımlı, İmişli şəhərlərində, 5 - 19 iyun tarixində Ağdam şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Asan xidmətdən "Olaylar" - a bildirlib ki, Həmçinin, səyyar avtobuslar 8 iyun Zərdabda, 20 iyun Qusarda, 9 iyun Mehdiabad qəsəbəsində, 10 iyun Türkan qəsəbəsində, səyyar ASAN qatar  5 iyun Xaçmazda vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Səyyar şəkildə göstərilən xidmətlər  Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31