Xalq Artisti Firəngiz Əlizadənin yubileyi qeyd olunub

İyunun 2-dən 5-dək  Xalq Artisti, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvi Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunmuş musiqi festivalı keçiriləcəck. İyunun 2-də  M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festival çərçivəsində ilk tədbir -F.Əlizadənin simfonik əsələrindən ibarət konsert olub. İttifaqdan “Olaylar” – a bildirlib ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə dəstəyi ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

İyunun 2-dən 5-dək  Xalq Artisti, "Şöhrət" və "Şərəf" ordenli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun "Sülh artisti", AMEA-nın müxbir üzvi Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunmuş musiqi festivalı keçiriləcəck. İyunun 2-də  M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festival çərçivəsində ilk tədbir -F.Əlizadənin simfonik əsələrindən ibarət konsert olub. İttifaqdan "Olaylar" - a bildirlib ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə dəstəyi ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Yubilyarı təbrik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq opera, balet, instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaradıb.

Nazir vurğulayıb ki, F.Əlizadə "Muğam aləmi" və "İpək Yolu" Beynəlxalq Musiqi festivallarının bədii rəhbəri kimi mühüm musiqi layihələrinin reallaşmasında da öz töhfəsini verir. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinin Sərəncamına əsasən təltif edilən Xalq Artisti Firəngiz Əlizadəyə "Şərəf" ordenini təqdim edib.

Firəngiz Əlizadə çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, bu ordeni bütövlükdə Azərbaycan bəstəkarlıq məktəbinə və bu məktəbin böyük simalarının zəhmətinə verilən qiymət kimi dəyərləndirib.

Daha sonra səhnəyə çıxan TÜRKSOY-n baş katibi Düsen Kaseinov da yubilyarı təbrik edərərk , onun təkcə Azərbaycan xalqının deyil bütün türk dünyasınını fəxri olduğunu vurğulayıb. O. TÜRKSOY-un "Onur"(Şərəf) medalını Firəngiz xanıma təqdim edib.

Tədbir konsert proqramı ilə davam edib. Konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının iştirakı ilə bəstəkarın müxtəlif illərdə yazdığı Fortepiano və orkestr üçün konsert, "İntizar" operasından Əslinin ariyası, xor, orkestr və solistlər üçün - "Nasimi Passion" əsərləri səsləndirilib. Orkestrə Xalq Artisti Fəxrəddin Kərimov dirijorluq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31