Azərbaycanlı məşhurlar  Alanya Beynəlxalq Film Festivalında

Azərbaycan dörd tammetrajlı bədii film ilə  Türkiyədə keçirilən Alanya Beynəlxalq Film Festivalında iştirak edib. Kinostudiyadan “Olaylar” – a bildirlib ki, bu Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan Şamil Əliyevin “Çölçü”, Ülviyyə Könülün “Həddən artıq uyğunluq”, İlqar Safatın “İçəri Şəhər” və Mirbala Səlimlinin “Qırmızı bağ” filmləridir. Festivalda iştirak edən fəxri qonaq, Xalq artisti Fəxrəddin Manafov, Əməkdar artistlər Mehriban Zəki (“İçəri Şəhər” filmi), Gülzar Qurbanova  (“Qırmızı bağ” filmi), Bəhruz Vaqifoğlu (“Çölçü” filmi), Əməkdar İncəsənət xadimi, rejissor Mirbala Səlimli, rejissorlar Şamil Əliyev, İlqar Safat mükafatlarla təltif olunublar.

Azərbaycan dörd tammetrajlı bədii film ilə  Türkiyədə keçirilən Alanya Beynəlxalq Film Festivalında iştirak edib. Kinostudiyadan "Olaylar" - a bildirlib ki, bu Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan Şamil Əliyevin "Çölçü", Ülviyyə Könülün "Həddən artıq uyğunluq", İlqar Safatın "İçəri Şəhər" və Mirbala Səlimlinin "Qırmızı bağ" filmləridir. Festivalda iştirak edən fəxri qonaq, Xalq artisti Fəxrəddin Manafov, Əməkdar artistlər Mehriban Zəki ("İçəri Şəhər" filmi), Gülzar Qurbanova  ("Qırmızı bağ" filmi), Bəhruz Vaqifoğlu ("Çölçü" filmi), Əməkdar İncəsənət xadimi, rejissor Mirbala Səlimli, rejissorlar Şamil Əliyev, İlqar Safat mükafatlarla təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31