Deputat: “Azad iqtisadi zonaların yaradılması əhalinin məşğulluğuna müsbət təsir edə bilər”
“Azad iqtisadi zonaların yaradılması işinin sürətləndirilməsi haqqında Prezident sərəncamı investorların ölkəmizə marağının artmasında müstəsna əhəmiyyətə malikdir”. Bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, həmçinin, yeni xarici investisiyaların cəlb edilməsində, ölkəmizin iqtisadi potensialından səmərəli istifadə edilməsində, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun şaxələndirilməsi işinin sürətləndirilməsində, iqtisadi və ticarət əlaqələrimizin genişləndirilməsində və əhalinin məşğulluğuna müsbət təsir edə bilər.
2 İyun 2017 16:31 İqtisadiyyat"Azad iqtisadi zonaların yaradılması işinin sürətləndirilməsi haqqında Prezident sərəncamı investorların ölkəmizə marağının artmasında müstəsna əhəmiyyətə malikdir". Bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, həmçinin, yeni xarici investisiyaların cəlb edilməsində, ölkəmizin iqtisadi potensialından səmərəli istifadə edilməsində, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun şaxələndirilməsi işinin sürətləndirilməsində, iqtisadi və ticarət əlaqələrimizin genişləndirilməsində və əhalinin məşğulluğuna müsbət təsir edə bilər. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Birləşmiş Ərəb Əmirliklərinin "DP World Group"un azad zonalar, logistika və sənaye parkları üzrə operator kimi fəaliyyət göstərən "Economic Zones World FZE" şirkəti arasında konsaltinq müqaviləsi imzalanması və daha çox Dubay modeli üzərində dayanılmasına gəlincə, parlament üzvü bunları deyib: "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlərin real nəticələri göstərəcək ki, beynəlxalq praktikadan məlum olan hansı modelə daha çox üstünlük verilib və gerçəkdən reallaşdırıllmağa başlayıb".