AntiAzərbaycan qüvvələrin uğursuz Gürcüstan cəhdi

Hələ bir müddət əvvəl yazmışdıq ki, İslam Həmrəyliyi Oyuunları ərəfəsində və ondan sonrakı dövrdə Azərbaycana qarşı növbəti şər kampaniyası, təxribat hərəkətlərinə start veriləcək. Onu da qeyd etmişdik ki, bu kampaniyanın fəal iştirakçıları və ssenari müəllifləri isə ənənəvi radikal müxalifət qüvvələri, onlara xaricdən maliyyə dəstəyi verən erməni lobbisi və digər antiAzərbaycan qüvvələr olacaq. Deyildiyi kimi də oldu. Amma bu dəfə şər kampaniyası Azərbaycanı yaxın qonşularının əli ilə vurmağa çalışdı. Əvvəl Rusiya, sonra isə Gürcüstan vasitəsilə.

Yaxud Tbilisi-Bakı münasibətlərinə xələl gətirmək üçün erməni lobbisindən maddi yardım alanlar

Hələ bir müddət əvvəl yazmışdıq ki, İslam Həmrəyliyi Oyuunları ərəfəsində və ondan sonrakı dövrdə Azərbaycana qarşı növbəti şər kampaniyası, təxribat hərəkətlərinə start veriləcək. Onu da qeyd etmişdik ki, bu kampaniyanın fəal iştirakçıları və ssenari müəllifləri isə ənənəvi radikal müxalifət qüvvələri, onlara xaricdən maliyyə dəstəyi verən erməni lobbisi və digər antiAzərbaycan qüvvələr olacaq. Deyildiyi kimi də oldu. Amma bu dəfə şər kampaniyası Azərbaycanı yaxın qonşularının əli ilə vurmağa çalışdı. Əvvəl Rusiya, sonra isə Gürcüstan vasitəsilə.

Ssenariyə əsasən antiAzərbaycan şəbəkə ilk olaraq Rusiya kartını işə saldı. Şimal qonşumuzdakı erməni maraqlarına xidmət edən bəzi rəsmi dairələr, dövlət strukturlarının əli ilə Ümumrusiya Azərbaycanlıları Konqresinin dövlət qeydiyyatının ləğvi Moskva-Bakı münasibətlərini gərginləşdirmək fonunda Azərbaycana zərbə vurmaq məqsədi daşıyırdı. Düzdür, məlum şəbəkə ssenarinin birinci mərhələsində müəyyən mənada istəyinə, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə nail olsa da, lakin ikinci, əsas mərhələ heç də onların ürəyincə olmadı. Daha dəqiq desək Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi fonunda şər qüvvələrin Moskva-Bakı münasibətlərini gərginləşdirmək planı baş tutmadı. Səbələri isə aydındır. Çünki Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq, yaxın qonşuluq münasibəti zəminində qurulub və hansısa bir təşkilatın qeydiyyatının ləğvi ikitərəfli münasibətlərə ciddi təsir göstərə bilməzdi. Digər tərəfdən irəlidə digər məhkəmə instansiyaları da var və növbəti hüquqi prosedur zamanı konqresin qeydiyyatının ləğvi problemi aradan qaldırıla bilər. Bir sözlə, antiAzəbaycan şəbəkənin Rusiya kartından istifadə etməklə ölkəmizə zərbə vurmaq planının birinci mərhələsi iflasa uğramış oldu.

Azərbaycana qarşı məlum şəbəkənin hazırlamış olduğu senarinin ikinci mərhələsində isə Gürcüstan kartından yararlanmaq yer alırdı. Və son günlər baş verənlər bunu təsdiqləmiş oldu. Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Xalq Cəbhəsinin fəallarından olan Gözəl Bayramlı Gürcüstan-Azərbaycan sərhəddini keçərkən onun üzərindən gömrük bəyannaməsindən gizlədilmiş 12 min dollar aşkar edildi. Cəbhəçilər, eləcə də Gözəl Bayramlının özü ilkin mərhələdə həmin vəsaitin onun çantasına özünün xəbəri olmadan atıldığını iddia etsə də, sonradan qonşu ölkədən həkim müayinəsindən qayıtdığını və pulun da o məqsədə götürüldüyünü bildirdi. Lakin qısa zamanda aparılan araşdırmalar və üzə çıxan faktlar tezliklə xoruzun quyruğunun görünməsinə gətirib çıxardı. Beləliklə, məlum oldu ki, əslində Gözəl Bayramlının Azərbaycana keçirməyə cəhd etdiyi 12 min dollar radikalların növbəti təxribat planlarının reallaşması üçün nəzərdə tutulub. Özü də bu məqsədlə Gürcüstan marşrutunun seçilməsi də təsadüfi deyil.

Azərbaycan yerləşdiyi coğrafiyada işğalçı Ermənistan istisna olmaqla regionun bütün ölkələri ilə normal əməkdaşlıq edir, əlaqələr qurur. Bu ölkələr sırasında Rusiya kimi Gürcüstan da müstəsna rol oynayır. Azərbaycanla Gürcüstanı bir sıra beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri birləşdirirş Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz layihələri, artıq son tamamlama prosesində olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələri, eləcə də irili-xırdalı digər layihələr Tbilisi ilə Bakını strateji tərəfdaşa çevirib. Eyni zamanda hər iki ölkənin rəhbərlikləri səviyyəsində siyasi əlaqələr və normal qonşuluq münasibətləri mövcuddur. Bütün bunlara əlavə olaraq Gürcüstanda hazırda da 500 mindən artıq azərbaycanlı yaşayır və soydaşlarımız Gürcüstanın istər siyasi, istər iqtisadi, istərsə də mədəni və humanitar sahələrinin inkişafına öz töhfələrini verirlər. Bir sözlə Gürcüstan-Azərbaycan münasibətləri özünün bütün parametrləri üzrə inkişaf edir. Bu sıraya hərbi əlaqələri və Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlığının yeni aspektlərini də əlavə etsək, təbii ki, bütün bunların antiAzərbaycan şəbəkədə, xüsusilə Ermənistan və erməni lobbisində ciddi narahatçılıq yaratdığını aydın şəkildə görmək olar. Ona görə də nə etmək lazımdır? Təbii ki, Gürcastan-Azərbaycan münasibətlərinə xələl gətirmək, bu münasibətlərə zərbə vurmaq. Bu prosesdə əsas iştirakçılar isə hər zaman olduğu kimi erməni lobbisi və onların Azərbaycandakı əlaltıları olan radikallardır. Elə radikalların nümayəndəsinin əli ilə ölkədə təxribatlar törətmək məqsədilə Azərbaycana çirkli pulların keçirilməsi də məhz bu məqsədə xidmət edir. Yəni, bununla erməni lobbisi və onunla əməkdaşlıq edən radikal düşərgə belə bir görüntü yaratmaq və onu ictimai rəyə sırımaq istəyir ki, guya Gürcüstan tərəfi də Azərbaycanda siyasi proseslərə müdaxilə edir, burada qeyri-sabit vəziyyətin yaranmasına dəstək verir. Elə sözügedən şəbəkənin Gürcüstan ərazisini Azərbaycanın daxili işlərinə müdaxilə məqsədilə plasdarma çevrilməsi də təsadüfi deyil və burada başlıca məqsədlərdən biri Tbilisi-Bakı münasibətlərinə zərbə vurmaqdır. Ona görə də xeyli müddətdir ki, qonşu Gürcüstanın ərazisi anti-Azərbaycan qüvvələr, Ermənistan və erməni lobbisi tərəfindən maliyyələşdirilən dairələrin fəaliyyət meydanına çevrilib. Həmin dairələr maksimum imkanlardan istifadə edərək Azərbaycan qarşı öz çirkin məqsədlərini reallaşdırmaq istəyirlər. Lakin bu gün həm Gürcüstan hakimiyyəti, həm də bu ölkənin vətəndaşları bütün bunların Azərbaycana qarşı növbəti təxribat oyunu olduğunu görür və təxribata uymurlar. Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinə xələl gətirmək istəyən qüvvələr tam əks mənzərə ilə rastlaşır və qərəzli bəyanatlar verməkdən başqa bir iş görə bilmirlər. Eyni zamanda Azərbaycan və Gürcüstan hakimiyyətləri, hüquq mühafizə orqanlarının birgə səyləri nəticəsində həmin anti-Azərbaycan şəbəkə, onu dəstəkləyən dairələr, maliyyə təminatı və digər bu kimi məsələlər ifşa edilib, bu təxribatçı fəaliyyətin qarşısının alınması üçün konkret tədbirlər həyata keçirilib. Bu günlərdə jurnalist Əfqan Muxtarlının qeyri-qanuni fəaliyyətinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər də bunlardan biri idi. Amma göründüyü kimi hüquq-mühafizə orqanlarının qabaqlayıcı tədbirləri, eləcə də

Əfqan Muxtarlının həbsi ermənilərdə ciddi narahatçılıq yaradıb və onlar nəzərdə tutduqları ssenarinin reallaşmamasından əndişələniblər. Bu narahatçılıqlar isə kütləvi informasiya vasitələrində radikalların ciddi cəhdlə müdafiəsi timsalında özünü göstərir. Belə ki, Ermənistan mediası və erməni lobbisinin təsir dairəsində olan xarici kütləvi informasiya vasitələri, eləcə də də ayrı-ayrı təşkilatlar Əfqan Muxtarlını ciddi-cəhdlə müdafiə etməyə, Azərbaycanın nüfuzunu ləkələməyə, habelə Gürcüstan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar. Ermənistan mediası Gürcüstandakı anti-Azərbaycan şəbəkənin dağıdılmasını "Gürcüstanın nüfuzuna xələl gətirən" hal, Azərbaycanın Gürcüstana qarşı "təxribatı" kimi qələmə verməyə cəhd göstərir. Bununla onlar iki ölkə və xalq arasında olan dostluq münasibətlərini pozmaq niyyətlərini güdürlər.

Ümumiyyətlə, yaxın tarixə nəzər yetirsək görərik ki, Ermənistan, erməni lobbisi Azərbaycana zərbə vurmaq, Tbilisi-Bakı münasibətlərinə xələl gətirmək üçün müntəzəm olaraq Gürcüstan kartından yararlanmağa çalışıb. Hələ 2005-ci ildə də Gürcüstanda anoloji hadisələr yaşanmış və o zaman AXCP sədri Əli Kərimlinin ətrafında olan gənclər qonşu ölkədə Azərbaycanda hakimiyyət çevrilişi planını müzakirə etmişdilər. Göründüyü kimi, Gürcüstanın Azərbaycan üçün həssas nöqtə olduğunu yaxşı anlayan erməni lobbisi və onun Azərbaycandakı havadarları bir qayda olaraq Bakıya qarşı təxribat hərəkətlərində məhz bu marşrutdan istifadə edirlər. Həm də erməni lobbisinin çirkli pullarını əldə etmək radikallar üçün Gürcüstan daha sərfəli və ucuz başa gələn marşrut sayıla bilər. Çünki artıq Qərbdə və Avropada radikallara etimad və inam hissi itib. Ona görə də yeganə ümid yeri və maliyyə mənbəyi məhz erməni lobbisidir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31