Gündəm
“Neft Daşları”nda estakada əsaslı təmir edilib
SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft daşları” yatağındakı 1637 və 1956 saylı meydançalararası estakadanın əsaslı təmir işlərini başa çatdırıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, 1050 metr uzunluğundakı estakadada əsaslı təmir işləri zamanı 364 ədəd svay vurulub, 133 ədəd rigel proqon, 120 ədəd ferma, 613 ədəd dəmir-beton tava və 433 ədəd suüstü əlaqə quraşdırılıb.
Rusiyanın 5 şəhərində BOMBA HƏYƏCANI - Binalar təxliyə edildi
Rusiyanın Çita şəhərində Zabaykalye vilayət inzibati binasına bomba qoyulması barədə məlumat verilib. Bununla əlaqədar olaraq binada olan əməkdaşlar təxliyə edilib.
Çin benzindən imtina etmək istəyir
Çin hakimiyyəti 2020-ci ilədək bütün ölkədə avtomobil yanacağı qismində bioetanolun istifadəsi üçün hər cür şərait yaratmağı planlaşdırır. Bu barədə Çinin İnkişaf və İslahatlar Milli Komissiyasının və Milli Energetika Administrasiyasının birgə bəyanatında deyilir.
“İsrail kürdlərin dövlət yaratmasın dəstəkləyir”
İsrail kürd xalqının müstəqil dövlət yaratmaq barədə qanuni səylərini dəstəkləyir. Bunu İsrailin baş naziri Binyamin Netanyahu bildirib. “İsrail istənilən növ terrora qarşı çıxır. Lakin o eyni zamanda kürd xalqının müstəqil dövlət yaratmaq barədə qanuni səylərini dəstəkləyir”, - deyə İsrail hökumətinin rəhbəri vurğulayıb.
Ermənistan ordusunda homoseksuallıq: Daha bir fakt
Ermənistan müdafiə nazirliyinin hərbi hissələrinin birində baş verən ölüm hadisəsinin materialları məhkəməyə göndərilib. İttihama görə ön xətt mövqelərində xidmət edən müddətli hərbi qulluqçu Mher Melikyan davamlı olaraq digər erməni əsgər Qevorq Asoyanın şərəf və ləyaqətini alçaldıb.
Ermənistanda ana övladını 400 dollara satdı
Ermənistanda ana 2 aylıq körpəsini 200 min drama satıb. Bu barədə məlumatı Ermənistanın Aştarak polis idarəsi yayıb. Belə ki, şəhər sakini 32 yaşlı Alvard M. 4 oktyabr 2016-cı ildə xəstəxanada dünyaya gətirdiyi 2 aylıq oğlan körpəsini başqa bir ailəyə satıb. Məlumata görə, o, körpəni 49 və 36 yaşlı cütlüyə 200 min erməni dramına (416 dollar) satıb.
Rusiyada daha bir azərbaycanlı qətlə yetirildi
Sank-Peterburq yaxınlığında yerləşən Novoe Devyatkino kəndində siqaret çəkməyə çıxan azərbaycanlı güllələnib. Bu barədə Rusiya KİV-i xəbər verir. Hadisə şahidlərinin sözlərinə görə, onlar 5 atəş səsi eşidiblər.
Rusiya məxfi silahı işə saldı: ABŞ-a CAVAB - VİDEO
Rusiya Arxangelsk vilayətinin “Plesetsk” kosmodromundan “RS-24 Yars” qitələrarası ballistik raketin işə salınması həyata keçirilib. Bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Suriya ordusu İŞİD-in müqavimətini qırdı
Suriya ordusu Deyr-əz-zor şəhərinin ana girişini qoruyan İŞİD bölməsinin müqavimətini qırıb. Ordu hələ də qismən terror təşkilatının nəzarətində olan şəhərə cənub-qərb istiqamətindən daxil olub.
Fransada daşqınlar gözlənilir
Fransanın şimal-şərqində, 7 departamentdə leysanla əlaqədar narıncı təhlükə səviyyəsi elan olunub. "Meteo France" Milli Meteorologiya Təşkilatı güclü yağışların daşqınlara səbəb ola biləcəyini bəyan edib.
“ABŞ tarixin ən böyük əzabını çəkəcək” – TƏHDİD
Koreya Xalq Demokratik Respublikası (KXDR) BMT-nin yeni sanksiyalarını pisləyib və onları qəti surətdə rədd edib. Bu haqda KXDR-in Cenevrədəki səfiri Xen Tey Sun bildirib.
İŞİD terrorçuları Avropaya köç edir — Rusiyadan ŞOK BƏYANAT
İŞİD terror təşkilatı artıq məğlubiyyətini qəbul edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Dmitriy Feoktistov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, İŞİD rəhbərliyi yaxın vaxtlarda əllərində olan ərazilərin də nəzarətdən çıxacağını hiss edir. Bu səbəbdən də, terrorçular külli miqdarda vəsaiti xarici ölkələrə, o cümlədən Avropaya çıxarır.
Evlilik verlişinə qatılan azərbaycanlı qız fahişə çıxdı
Türkiyədə fahişələrə qarşı polis əməliyyatı davam edir. Adananın 14 rayonunda sosial şəbəkədə səhifə yaradıb 700 qadına fahişəlik etdirdiyi irəli sürülən 20 nəfərlik şəbəkə ələ keçib. Şübhəliləri 3 ay təqib edən polis fahişəlik çətəsini ifşa edib.
Udanda elə sevinirik ki, uduzanda sevinməməyə ayaq yeri qoymuruq
"Qarabag" futbol komandamız uduzdu. Problem yoxdur. Dūnyada uduzmayan komanda yoxdur. O ki qalsin, ilk dəfə belə bir yūksək liqada oynayan komanda. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay “Çelsi”-“Qarabağ” oyununun nəticəsini şərh edərkən səsləndirib.
19 nəfər ByLock istifadəçisi saxlanıldı
Türkiyənin Samsun şəhərində FETÖ terror qruplaşmasına qarşı əməliyyat həyata keçirilib. “Olaylar” bildirir ki, 19 ByLock istifadəçisi saxlanılıb. Saxlanılan şəxslərdən 15 – i həbs olub, 4 – ü məhkəmə zalından şərti azadlığa buraxılıb.














