Rusiyada daha bir azərbaycanlı qətlə yetirildi
Sank-Peterburq yaxınlığında yerləşən Novoe Devyatkino kəndində siqaret çəkməyə çıxan azərbaycanlı güllələnib. Bu barədə Rusiya KİV-i xəbər verir. Hadisə şahidlərinin sözlərinə görə, onlar 5 atəş səsi eşidiblər.
13 Sentyabr 2017 11:41 DünyaSank-Peterburq yaxınlığında yerləşən Novoe Devyatkino kəndində siqaret çəkməyə çıxan azərbaycanlı güllələnib. Bu barədə Rusiya KİV-i xəbər verir. Hadisə şahidlərinin sözlərinə görə, onlar 5 atəş səsi eşidiblər. Azərbaycan vətəndaşı olan şəxs dərhal Toksovski xəstəxanasına aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Rusiya polisinin apardığı araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs saxlanılıb. Ondan "Sayqa" markalı karabin götürülüb. İlkin ehtimallara əsasən o beş dəfə atəş açıb. Cinayətin motivi araşdırılır. Silahın polisdə qeydiyyatda olduğu bildirilir. Rusiya KİV-i yazır ki, qətlə yetirilən şəxs sentyabrın 12-i qohumlarının evinə qonaq gəlib. Faktla bağlı cinayət işi açılıb. AzVision.az