Fransada daşqınlar gözlənilir
Fransanın şimal-şərqində, 7 departamentdə leysanla əlaqədar narıncı təhlükə səviyyəsi elan olunub. "Meteo France" Milli Meteorologiya Təşkilatı güclü yağışların daşqınlara səbəb ola biləcəyini bəyan edib.
13 Sentyabr 2017 11:29 DünyaFransanın şimal-şərqində, 7 departamentdə leysanla əlaqədar narıncı təhlükə səviyyəsi elan olunub. "Meteo France" Milli Meteorologiya Təşkilatı güclü yağışların daşqınlara səbəb ola biləcəyini bəyan edib. Sinoptiklərin xəbərdarlığı sabah saat 09:00-dək qüvvədə olacaq.
Xatırladaq ki, sentyabrın 10-da leysan İtaliyanın mərkəzi regionlarına ciddi ziyan vurub. Toskana vilayətində 8 nəfər daşqınların qurbanı olub, 15 min ailə zərər çəkib. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31