Finlandiya və İsveç Rusiya hərbi təyyarələrini müəyyənləşdirmək üçün birgə əməliyyat keçirib- ÖZƏL
13:03 SiyasətFinlandiya və İsveç Hərbi Hava Qüvvələri Finlandiya körfəzi üzərində beynəlxalq hava məkanında Rusiya hərbi təyyarələrini müəyyənləşdirmək üçün ilk birgə əməliyyatını keçirib.
Olaylar.az xəbər verir ki, Finlandiya Hərbi Hava Qüvvələrinin məlumatına görə, sentyabrın 24-də hər iki ölkənin sürətli reaksiya qırıcıları Rusiya təyyarələrini müəyyən etmək məqsədilə havaya qaldırılıb. Bildirilib ki, bu, iki ölkənin hava qüvvələrinin ilk birgə identifikasiya missiyasıdır.
Qeyd olunub ki, gücləndirilmiş əməkdaşlıq birgə missiyaların keçirilməsinə və sürətli reaksiya qırıcılarının qarşı tərəfin bazalarından istifadəsinə imkan yaradır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31