Gündəm
Ermənilər 130 dəfə atəşkəsi pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İlk həftədən 117,2 dollar qazandırdı
Amerikada sentyabr ayı ərzində kinoteatrlarda göstərilən filmlər arasında rejissor Andres Muskettinin “O” adlı qorxu janrında çəkilən filmi yeni rekord müəyyənləşdirib. ABŞ-ın 4103 kinoteatrında nümayiş olunan film sentyabrın ilk həftəsi ərzində 117,2 milyon dollar gəlir qazandırıb. Bu göstərici 2011-ci ilin sentyabr ayında nümayiş edilən “Paranormal hadisə 3” filminin bir həftə ərzində əldə etdiyi gəlirdən iki dəfə çoxdur.
İnstagramdan onu izləyən Türk vətəndaşlarını əngəllədi
Türkiyəli aktrisa Sibel Kekilli Instagramdan təcavüz mesajlarına psixoloji tab gətirə bilmədiyindən bir müddət sosial şəbəkə hesabını bağlamışdı. “Olaylar” bildirir ki, aktrisa daha sonra İnstagramdan onu izləyən Türk vətəndaşlarını əngəlləyib.
Prezident İlham Əliyev BVF-nun Departament direktorunu qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 13-də Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azuru qəbul edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Mixeil Saakaşvili qaldığı oteldən yoxa çıxıb
Odessanın sabiq qubernatoru Mixeil Saakaşvili gecə saatlarında Lvovda qaldığı oteldən naməlum istiqamətdə yola çıxıb. Bu barədə Ukrayna mətbuatı xəbər yayıb. Axşam saatlarında Saakaşvilinin qaldığı otelin foyesində izdiham olub. Onlar arasında eks-qubernatorun mühafizəçiləri və silahdaşları olub. Sonra isə onlar qəflətən küçəyə çıxıblar və "Donbass" batalyonunun mikroavtobusu və digər maşınlara əyləşərək naməlum istiqamətdə hərəkət ediblər.
Aleksandr Lapşinin tutulması kimi əfv olunmasında da bir rəmzlik vardı
""Hay" təsiri altında Azərbaycan qanunlarına sayğısızlıq göstərib rəsmi Bakıdan icazə almadan Dağlıq Qarabağa gedən, sərhəd pozuculuğuna yol verən Aleksandr Lapşinin tutulması kimi əfv olunmasında da bir rəmzlik vardı. Lapşinin eyni zamanda üç ölkə - Rusiya, İsrail və Ukrayna vətəndaşı olması onu qoluna qandal vurularaq Azərbaycana gətirilib məhkəmə qarşısına çıxarmaqdan qurtarmadı". Məlumata görə bu sözləri millət vəkili Sahib Alıyev deyib.
“İslam həmrəyliyi və media” mövzusunda müsabiqə elanı
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Mətbuat Şurası və Bakı şəhər Məşədi Dadaş Dini İcması “İslam həmrəyliyi və media” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.
Lapşin Azərbaycan prezidentinə təşəkkür etdi
Bloqger Aleksandr Lapşin əfv olunduğu üçün prezident İlham Əliyevə təşəkkür məktubu yazıb. Bu barədə A. Lapşinin vəkili Eduard Çernin məlumat verib. E.Çernin bildirib ki, Lapşin məktubunda əməlindən peşman olduğunu bildirib: “Lapşin məktubunda səhvlərini başa düşdüyünü qeyd edib, əfv olunduğu üçün prezidentə və ailəsinə təşəkkürünü bildirib”.
Tanker qəzaya uğradı: 5 nəfərdən xəbər yoxdur
Sinqapur sularında İndoneziyaya məxsus tanker dənizdən qum çıxaran xüsusi qurğu ilə təchiz edilmiş gəmi ilə toqquşub. İnsident nəticəsində 5 nəfər dəniz sularında qərq olub. Sinqapur Dəniz və Liman Administrasiyasının yaydığı məlumatda bildirilir ki, gəmi Dominikan Respublikasında qeydiyyatdan keçib, göyərtəsində 11 Çin və Malayziya vətəndaşı olub. İtkin düşənlərdən isə 4 nəfərin Çin, 1 nəfərin Malayziya vətəndaşı olduğu bildirilir.
ABŞ: “Türkiyə üçün ən yaxşı müdafiə sistemi Amerikadır”
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) NATO-nun standardlarına uyğun olan ballistik raket müdafiə sistemlərinin Türkiyəyə çatdırılması üçün işləri sürətləndirib. Bu barədə Pentaqonun sözçüsü Coni Mişel açıqlama verib: “Türkiyənin səlahiyyətli nümayəndələrinə S-400 raketdən müdafiə sistemlərinin alınması haqqında narahatlıqlarımızı bildirdik. NATO ilə uyğunlaşan raket sistemi Türkiyəni yerləşdiyi bölgədə bütün təhdidlərdən qorumaq üçün ən yaxşı alternativ kimi qalmağa davam edir.
Kukla Teatrı yeniliklər vəd edir
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün yeni – 86-cı teatr mövsümünə hazırdır. Uğurlu premyeralar, festivallardan mükafatlarla mövsümü başa vuran teatrın yaradıcı heyəti sentyabrın 16-da dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” tamaşası ilə başlayacaq. “Olaylar” bildirir ki, iki seansda nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Elə həmin gün rus bölməsi üzrə uşaqların böyük maraqla izlədiyi “Qoğal” tamaşası da nümayiş olunacaq. Mövsümün ilk premyerası sentyabrın sonunda rus xalq nağılı “Durna balığının əmri ilə” əsasında hazırlanan “Durna balığı” tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır.
Bilik Fondu Cocuq Mərcanlı məktəbinə kitab hədiyyə edib
Sentyabrın 12-də Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun başçılıq etdiyi nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib. Fondun əməkdaşları, KİV nümayəndələri və Könüllülər Birliyinin üzvlərinin qatıldığı səfərdə yerli əhali ilə görüş keçirilib, kənd məktəbinə kitablar hədiyyə olunub. "Olaylar" - a daxil olan məlumata görə, Bilik Fondunun icraçı direktoru O.Səmədov bidirib ki, "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci ildə imzaladığı Sərəncamdan sonra Bilik Fondu Cocuq Mərcanlı kəndində inşa olunacaq orta məktəbin kitabxanası üçün kitablar toplanması aksiyasına başlayıb.
Muzey “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülüb
Azərbaycan Xalça Muzeyi dünyanın ən məşhur turizm saytı olan “TripAdvisor”un “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülüb. "Olaylar" bildirir ki, 2010-cu ildə yaradılmış “Mükəmməllik Sertifikatı 2017” mükafatı müəssisələrin göstərdiyi xidmətlərə “TripAdvisor” istifadəçisinin illər ərzində bildirdiyi rəy və münasibətləri əsasında təqdim olunur. Milyonlarla insanın dünyanın müxtəlif şəhərləri, gəzməli yerlər, tarixi məkanlar, keyfiyyət, xidmət və digər sahələrdəki məmnuniyyəti əsasında “TripAdvisor” ildə bir dəfə “yaxşıların yaxşısını” seçir və dünyaya təqdim edir.
Prezidentin təşəbbüsü ilə yazılmış əsərlərin təqdimatı olacaq
Sentyabrın 13 - də Azərbaycan və rus dillərində hazırlanmış “İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”,“Erməni vandallarının yox etdiyi İrəvan qalaları”, “İrəvan xanlığının mahalları” və “İrəvan xanlığının əhalisi” adlı əsərlərin təqdimat mərasimi keçiriləcək. Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı kimi bu əsərlər də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yazılıb.
Papa onları AXMAQ adlandırdı
5 günlük Kolumbiya ziyarətindən qayıdan Roma Papası Françis qlobal iqlim dəyişikliyi haqqında danışıb. Papa iqlim dəyişikliyi problemini inkar edənləri axmaq adlandırıb. O, “iqlim dəyişikliyindən şübhəsi olan axmaqlar gedib elm adamları ilə məsləhətləşməlidirlər. Bu fikirlər havadan gəlmir. Dünya liderləri iqlim dəyişikliyi mövzusunda bir qərara gələrək onu tətbiq etməlidirlər. Bu qərarların qiymətini isə tarix verəcək ”-, deyə qəzəbini ifadə edib.














