Gündəm
Yazıçılar Birliyi ləğv olunur? - İclas bitdi - Yenilənib
“Sahil” bağı ətrafında yerləşən Yazıçılar Birliyinin binasındakı “26” adlı kafenin fəaliyyəti dayandırılsa da, söz-söhbətlər səngimək bilmir. Yazıçı Çingiz Abdullayev bir neçə gün bundan əvvəl adıçəkilən kafenin Yazıçılar Birliyi ilə heç bir əlaqəsinin olmadığını söyləmişdi. Lakin mətbuatda dərc edilən sənəddə kafenin Yazıçılar Birliyinə aiddiyatı olduğu bəlli olub. Belə ki, məkanın icarəyə verilməsi haqqında müqavilə icarədar Ramil Ruslan oğlu Məmmədli ilə Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev arasında bağlanıb. Tərəflər müqaviləyə öz şərt və tələblərini də əlavə edərək imza adıblar. Bu müqaviləyə görə, icarədar hər ay müqavilə tərəfdaşına – Yazıçılar Birliyinə 8 min manat pul ödəyirmiş. Görünən odur ki, kafe ətrafında baş verənlərlə bağlı Yazıçılar Birliyinin də başı dərddədir.
Azercell müştəriləri arasında I Futbol Turnirinə start verir
Azercell Telekom tərəfindən ölkəmizdə idmanın inkişafına, eləcə də, sağlam həyat tərzinin təbliğinə dair çoxlu sayda müxtəlif layihələrin keçirilməsi hamıya məlumdur. Bu dəfə isə, şirkət öz korporativ abunəçiləri üçün maraqlı və faydalı bir təşəbbüslə çıxış etdi. Belə ki, lider mobil operator Azercell Kuboku uğrunda Korporativ Müştərilər arasında I Futbol Turnirinə başlayıb. Turnirinin püşkatma mərasimi keçirilib və turnirin reqlamenti açıqlanıb. Beləliklə, 12 komandadan ibarət çempionat qrup mərhələsindən (yəni 5 oyundan), 1\4 final, yarımfinal və final oyunlarından ibarət olacaq. Oyunlar 11 sentyabrdan etibarən bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və cümə günləri saat 19.00-da Azercell Telekomun baş ofisinin futbol meydançasında keçiriləcək. Gündə 3 oyunun keçirilməsi planlaşdırılan turnir 1 ay ərzində davam edəcək. Turnirdə Kapital Bank, North West Construction, Xəzər Media, Unibank, Sumqayıt Texnologiyalar Parkı, Gilan Holding, TOPAZ, Azərtexnolayn, Azeri M-İ, AA Services, Coca-Cola kimi nüfuzlu şirkətlərin nümayəndələri iştirak edir.
“Qarabağ”lı gənclərin matçı başladı - Qurbanovun oğlu oynamır - Yenilənir
Bu gün “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq. Rəşad Sadıqovun komandası səfərdə "Çelsi"dəki həmyaşıdları ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 16:05-də başlayacaq. 12 sentyabr UEFA Gənclər Liqası 16:05. "Çelsi” (İngiltərə) – "Qarabağ” (Azərbaycan) "Çelsi” klubunun təlim-məşq mərkəzinin stadionu Hakimlər:Robert Hennessi, Darraq Kiqan, Darren Keri Artıq qarşılaşma üçün heyətlər açıqlanıb:
Məşhur şouda nümayiş: "Kök xanımlar gözəldir"
Dünyanın ən populyar plus-size modeli olan amerikalı Eşli Qrem Nyu-Yorkda keçirilən "New York Fashion Week" çərçivəsində "Addition Elle" moda nümayişinə qatılıb. 29 yaşlı Eşli Qrem "Elle" brendinin "Kök xanımlar gözəldir" sloqanlı yeni kolleksiyasının ulduzlarından idi. Podiuma çıxan modellər arasında Kayli Cenner və Cordin Vuds da vardı.
"Qarabağ"ın U-19 komandasının "Çelsi" ilə oyun üçün start heyəti açıqlandı
Bu gün "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq. Rəşad Sadıqovun komandası səfərdə "Çelsi"dəki həmyaşıdları ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 16:05-də başlayacaq. 12 sentyabr UEFA Gənclər Liqası 16:05. "Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) "Çelsi" klubunun təlim-məşq mərkəzinin stadionu Hakimlər: Robert Hennessi, Darraq Kiqan, Darren Keri Artıq qarşılaşma üçün heyətlər açıqlanıb:
Bölgələrdə dini maarifləndirmə tədbirləri keçirilir
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdaş rayon Aşağı Nemətabad məscidi dini icması tərəfindən sentyabrın 12-də “İslam həmrəyliyi və İslam elm tarixində Azərbaycan məktəbi” layihəsi çərçivəsində “Quranda dini plüralizm” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə. tədbirdə orta məktəbin direktoru Gülnarə Kazımova çıxış edərək xalqımızın tarixən qoruyub saxladığı tolerant və multikultural dəyərlərin təbliğinin təhsil müəssisələrində həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
"Qafqaz İslam Ordusu və Bakının qurtuluşu" mövzusundə tədbir keçiriləcək
Hər il olduğu kimi bu il də Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcək. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzindən (ATXƏM) “OLAYLAR”-a bildirilib ki, sentyabın 14-də Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 99-cu ilinə həsr olunmuş tədbir keçiriləcək. "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu" mövzusundə keçiriləcək tədbir Beynəlxalq Mətbuat Mərkəzində (BMM) baş tutacaq. Tədbir Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyilə reallaşacaq.
Musiqili Teatr Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında
Sentyabrın 18 – 26 – sı tarixlərində Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Artıq beynəlxalq mədəni arenada da kifayət qədər böyük nüfuza malik olan bu mötəbər tədbir zəngin və rəngarəng reqlamentə malikdir. Azərbaycan Dövlət Musiqili Teatrı da həmişəki kimi bu ildə Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirak edəcək. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı festivalda dahi Üzeyir Hacıbəylinin ölməz “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşalarını nümayiş etdirəcək. “Üzeyir Hacıbəyli Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan biridir.
Bir televizor al, ikisinin pulunu ödə
Kim haqlıdır, "Kontakt Home", vətəndaş, yoxsa məhkəmə? Bakı şəhəri, 2-ci mikrorayon, Hüseyn Bala Əliyev küçəsi, ev 7, mənzil 91 ünvanda yaşayan Arzu Quliyeva Məmməd qızı Azad İstehlakçilar Birliyinin sədri Eyyub Hüseynova ərizə ilə müraciət edib. Müraciətdə bildirilir ki, vətəndaş 07.02.2015-ci ildə “Kontakt Home” adlı mağazadan 950 AZN dəyərində LG LED markalı televizor alıb. Bu malı alarkən mənə izah olundu ki, televizorun dəyəri manatla, 6 ay müddətində faizsiz ödənilə bilər və mən göstərilən pulu tam şəkildə ödəmişəm, hətta 75 manat artıq ödəmişəm. Yəni mən mağazaya yox, mağaza mənə borcludur. Borcu manatla tam ödəyən dövrdə devalvasiya baş verib və manatla borc tam ödənilsə də, dükan müqaviləyə istinad edərək əlavə (məzənnə fərqi) 301,67 dollar habelə 360 manat pulun da ödənilməsini tələb edir. Bu o deməkdir ki, mən bir televizor alıb, ikisinin pulunu ödəməliyəm. Mən, Azərbaycan vətəndaşı olaraq Azərbaycan ərazisində yerləşən mağazadan mal almışam və aldığım müddətdə göstərilən malın pulunu Azərbaycanın Milli Valyutası ilə tam ödəmişəm.
Manatın məzənnəsini dəqiq proqnozlaşdırmaq qeyri-mümkündür
Son bir neçə ay ərzində manatın digər valyutalara nisbətdə məzənnəsində elə də ciddi dəyişikliyin olmamasına baxmayaraq, ölkəyə idxal olunan məhsulların qiymətində artım mühaşidə olunmaqdadır. Demək olar ki, 2017-ci il ərzində müəyyən ərzaq və digər məhsulların qiymətində artım müşahidə olunub. Bu isə istər–istəməz manatın gələcək taleyini risk altında qoyur və bu da öz növbəsində, iş adamlarında, istehlakçıda çox ciddi narahatlığa yol açır. Digər əsas məqam isə iş adamları hansısa işi görmək və ya maliyyə əməliyyatı keçirən zaman banklardakı şəxsi vəsaitlərindən istifadə etməkdə üzləşdikləri çətinliklərdir. Belə ki, banklar iş adamlarına və fiziki şəxslərə pullarını verməməklə yanaşı, köçürmələrdə də ciddi anlaşılmazlıqlar yaradır. Hazırda hamını narahat edən əsas suallardan biri manatın gələcək taleyi ilə bağlıdır. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Əli Məsimli bildirib ki, manatın məzənnəsinə çox amil təsir edir.
Qeyri-formal məşğulluq dünya iqtisadiyyatına ciddi təsir göstərir
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır Hazırda qeyri-formal sektorun həm əhalinin məşğulluğuna, həm də bütövlükdə ölkələrin iqtisadiyyatına ciddi təsir göstərməklə əmək bazarının müstəqil seqmentinə çevrilmə prosesi müşahidə olunmaqdadır. Qeyri-formal məşğulluğun dünya iqtisadiyyatında payının getdikcə artması bu məsələyə hökumətlərin, sosial tərəfdaşların, beynəlxalq təşkilatların və tədqiqatçıların artan marağına səbəb olur, bu sahədə yeni innovativ yanaşmaların müəyyənləşdirilməsini zəruri edir. Rəsmi statistik məlumatına əsasən, dünyada iqtisadi fəal əhalinin yarısından çoxu, yəni 1,8 milyard nəfər, əmək müqaviləsi bağlamadan, başqa sözlə, sosial müdafiə ilə əhatə olunmadan çalışır. Tədqiqatlar göstərir ki, son dövrlərdə, əksər ölkələrdə milli sərvətin strukturunda nəzərə çarpacaq dəyişikliklər baş verir.
Azərbaycandan dünyaya humanizm örnəyi
Bu günlərdə cənab Prezident İlham Əliyev bir daha atmış olduğu humaist addımı ilə dünyaya nümunə rolunu oynadı. Belə ki, sentyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qanunvericiliyini pozaraq Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfər edən və müvafiq cəzaya məhkum edilən Aleksandr Lapşini əfv etdi. Dövlət başçısının bununla bağlı imzalamış olduğu sərəncam özündə xüsusilə iki məqamı ehtiva edirdi. Birincisi, prezidentin, o cümlədən dövlət başçısının timsalında Azərbaycanın nə qədər humanist ölkə olduğunu, ikincisi isə insan hüquq və azadlıqlarına olan hörməti. Baxmayaraq ki, bəzi dövlətlər mütəmadi olaraq ölkəmizi qərəzli şəkildə bu məsələdə ittiham edir, guya Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğu iddiasında bulunurlar, amma Bakı son addımı ilə hətta onun qanunlarını pozan birisinin hüquq və azadlıqlarına nə dərəcədə önəm verdiyini bir daha sübuta yetirdi. Təsadüfi deyil ki, məhz bu məqama görə istər yerli, istərsə də beynəlxalq səviyyədə Azərbaycanın Lapşinlə bağlı atmış olduğu addım təqdir edilir.
FED uçot dərəcəsini 0%-ə endirərsə, nə baş verəcək?
ABŞ Federal Ehtiyat Sistemi (FED) bir neçə ay ərzində yenidən uçot dərəcəsini 0%-ə endirə və monetar ekspansiyaya başlaya bilməsi xəbərindən sonra digər aparıcı valyutaların, o cümlədən milli pulun kursunun və eləcə də strateji məhsulların qiymətinin necə dəyişəcəyi məsələsi daha da aktuallaşıb. Bu baş verərsə nələr dəyişəcək? Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Tramp Administrasiyası ABŞ-ın ixrac imkanlarının genişləndirilməsi üçün ucuz dollarda maraqlıdır. Ağ Ev “xarici ticarət savaşında” ucuz dollar ilə ixrac həcmini artırmaq və Birləşmiş Ştatlara idxalın həcmini azaltmağı hədəfləyir. FED-in uçot stavkasının sıfırlanması fonunda dolların aparıcı valyutalara nisbətən ucuzlaşması baş verərsə, o zaman qızıla tələbin artması müşahidə ediləcək. Bir tərəfdən ucuz dollar strateji məhsul olan qızılın qiymətini yüksəldə, digər tərəfdən isə qlobal valyuta bazarındakı qeyri-müəyyənlik bu qiymətli metala marağı artıra bilər.
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı ölkəmizdə işsiz və işaxtaran vətəndaşların fərdi təsərrüfatlarının qurulmasına, nəticədə onların və ailə üzvlərinin özünüməşğulluğuna, ailə biznesinə çıxış imkanlarına malik olmalarına şərait yaradıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu proqramın daha da genişləndirilməsində, habelə həmin proqrama cəlb olunan insanların fərdi təsərrüfatlarının gələcək inkişafı üçün görüləcək tədbirlərdə beynəlxalq maliyyə qurumları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlığın həyata keçirilməsi də diqqətdə saxlanılır. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə AYİB-in nümayəndə heyəti ilə keçirilən görüşdə bildirib.
Pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı növbəti seminar-müşavirə keçirilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı yerli qurumlarının əməkdaşları üçün izahat işlərinin aparılması məqsədilə növbəti seminar-müşavirəni Xaçmaz rayonunda keçirib. Fondun Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon şöbələrinin aidiyyəti sektorlarının əməkdaşlarının iştirakı ilə keçən seminar-müşavirədə ölkəmizin sığorta-pensiya sistemində həyata keçirilən islahatların əhəmiyyətindən bəhs olunub. Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli Fərmanından irəli gələn vəzifələrin icrası ilə əlaqədar tapşırıq və izahatlar verilib.







.jpg)






