Azərbaycandan dünyaya humanizm örnəyi

Bu günlərdə cənab Prezident İlham Əliyev bir daha atmış olduğu humaist addımı ilə dünyaya nümunə rolunu oynadı. Belə ki, sentyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qanunvericiliyini pozaraq Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfər edən və müvafiq cəzaya məhkum edilən Aleksandr Lapşini əfv etdi. Dövlət başçısının bununla bağlı imzalamış olduğu sərəncam özündə xüsusilə iki məqamı ehtiva edirdi. Birincisi, prezidentin, o cümlədən dövlət başçısının timsalında Azərbaycanın nə qədər humanist ölkə olduğunu, ikincisi isə insan hüquq və azadlıqlarına olan hörməti. Baxmayaraq ki, bəzi dövlətlər mütəmadi olaraq ölkəmizi qərəzli şəkildə bu məsələdə ittiham edir, guya Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğu iddiasında bulunurlar, amma Bakı son addımı ilə hətta onun qanunlarını pozan birisinin hüquq və azadlıqlarına nə dərəcədə önəm verdiyini bir daha sübuta yetirdi. Təsadüfi deyil ki, məhz bu məqama görə istər yerli, istərsə də beynəlxalq səviyyədə Azərbaycanın Lapşinlə bağlı atmış olduğu addım təqdir edilir.

Millət vəkili Sahib Alıyev deyir ki, hayların qaranlıq əməkdaşlığa cəlb etmələri nəticəsində Azərbaycan qanunlarına sayğısızlıq göstərib rəsmi Bakıdan izn almadan Dağlıq Qarabağa gedən, sərhəd pozuculuğuna yol verən Aleksandr Lapşinin tutulması kimi, əfv olunmasında da bir rəmzlik vardı. Millət vəkilinin sözlərinə görə, Lapşini həbs etdirməklə göstərdik ki, torpaq bütünlüyü məsələsində istənilən böyük və qüdrətli dövlətlə üz-üzə gəlməkdən çəkinmirik, çəkinməyəcəyik də: "Lapşinin eyni zamanda üç ölkə-Rusiya, İsrail və Ukrayna vətəndaşı olması onu qoluna qandal vurularaq Azərbaycana gətirilib məhkəmə qarşısına çıxarmaqdan qurtarmadı.  Yenə ikili standarta yol verən, başqa bir vətəndaşının- Dilqəm Əsgərovun hay girovluğunda saxlanmasına laqeydlik sərgiləyən Rusiya Xarici İşlər Nazirliyi Lapşinə dəstək açıqlamaları haqlı olaraq narazılıq doğurdu və rədd edildi. Öncədən açıq şəkildə vurğulandı ki, bu adam ancaq məhkəmə bitdikdən sonra etdiyi qələtlərə görə üzr istəyib, əfv dilədiyi halda azadlığa buraxıla bilər. O da bunu etdi. Nəticədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin əfvinə sığınanlardan biri də Lapşin oldu. Və o, azadlığa çıxdıqdan sonra pasportunu daşıdığı digər iki ölkəyə deyil də məhz İsrailə göndərildi. O İsrailə ki Dağlıq Qarabağ məsələsində ədalətli və prinsipial mövqe tutur, onunla aramızda müsbət nəticəsi aprel döyüşlərində də açıq nəzrərə çarpan sıx hərbi-strateji əməkdaşlıq var. Onu da vurğulayaq ki, Lapşin məhz müdafiə nazirimiz Zakir Həsənovun İsrailə səfərə getdiyi gün azadlığa buraxıldı. İnanmaq istərdik ki, o, bundan sonra azadlığa çıxmasında daha çox hansı ölkənin vətəndaşı olmasının rol oynadığını nəzərə alacaq və Dağlıq Qarabağ probleminə yanaşmada da məhz həmin ölkənin mövqeyni bölüşəcək".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Aleksandr Lapşin az sonra İsraildən Rusiyaya qayıdacaq. Çünki o, İsraildə heç kimə lazım deyil: "Rusiyada isə bəzi dairələr onu qəhrəman kimi qarşılayacaq. Elə Rusiya mətbuatında da belə başlıq oxudum: "Rusiyalını İsrail vətəndaşı kimi əfv etdilər". Lapşinin bundan sonra Rusiya mətbuatına verəcəyi çoxsaylı müsahibələrdə yanlış addım atdığını etiraf edəcəyini gözləmirəm. Bircə o səhvini etiraf edə bilər ki, Dağlıq Qarabağa getdikdən sonra başqa pasportla Azərbaycana gəlməsi doğru deyildi. Ancaq bu etirafı edəcəyinə də ümidli deyiləm. Rusiyadakı erməni lobbisinin Lapşinin Ermənistana və oradan yenidən Dağlıq Qarabağa səfər təşkil edəcəyini də istisna etmirəm. Bax erməni lobbisindən bu təxribatı gözləmək olar. Lapşin həbsi hesabına populyarlaşdı və keçmişdə adı it dəftərində olmayan bloger isti-isti pul qazanmağa meyllidir. Pul isə erməni lobbisindədir".

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev də dövlət başçısının Lapşini əfv etməsini təqdir edib: "Prezident Lapşini əfv edib. O, işğal olunmuş ərazilərə getmiş və bununla kifayətlənməyərək, Azərbaycanı və onun vətəndaşlarını aşağılamışdı. Erməni işğalçılarına haqq qazandırmışdı. Belarus prezidenti Aleksnadr Lukaşenkonun köməkliyi ilə Azərbaycan bu yaramaza layiq olduğu cəzanı verə bildi. Bütün digər yaramazlar da gördü ki, Azərbaycanın müstəqilliyinə dil uzadanlar, xalqımızı təhqir edənlər harada olmaqlarından asılı olmayaraq ədalət kürsüsündə oturacaqlar". Partiya sədri onu da qeyd edib ki, Lapşinin həbsi və Azərbaycana gətirilməsi bir çoxlarının gözünü qorxutdu: "Düşünürəm ki, Lapşin cəzasını artıqlaması ilə çəkib və Prezidentin onu əfv etməsi başadüşüləndir və alqışlanasıdır. Azərbaycan həm də humanist ölkə olduğunu göstərməlidir və bu əfvlə bu məsələ həll edilmiş oldu. Lapşini daha çox həbsdə saxlamaq Azərbaycana bundan sonra çətin ki, siyasi xal qazandıra bilərdi". Razi Nuruıllayevin sözlərinə görə,Lapşin erməni qəsbkarlarına xidmət etdi, amma etdiyi hərəkətə görə Azərbaycan həbsxanasında yataraq dolayısı ilə günahlarını yudu: "Ümid edək ki, vətəninə dönən Lapşin ağlını başına toplayacaq və Azərbaycan haqqında əyər-əskik danışmayacaq. Danışsa belə qoy günahı öz boynunda qalsın".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31