Papa onları AXMAQ adlandırdı

5 günlük Kolumbiya ziyarətindən qayıdan Roma Papası Françis qlobal iqlim dəyişikliyi haqqında danışıb. Papa iqlim dəyişikliyi problemini inkar edənləri axmaq adlandırıb. O, “iqlim dəyişikliyindən şübhəsi olan axmaqlar gedib elm adamları ilə məsləhətləşməlidirlər. Bu fikirlər havadan gəlmir. Dünya liderləri iqlim dəyişikliyi mövzusunda bir qərara gələrək onu tətbiq etməlidirlər. Bu qərarların qiymətini isə tarix verəcək ”-, deyə qəzəbini ifadə edib.

5 günlük Kolumbiya ziyarətindən qayıdan Roma Papası Françis qlobal iqlim dəyişikliyi haqqında danışıb.

Papa iqlim dəyişikliyi problemini inkar edənləri axmaq adlandırıb.

O, "iqlim dəyişikliyindən şübhəsi olan axmaqlar gedib elm adamları ilə məsləhətləşməlidirlər. Bu fikirlər havadan gəlmir. Dünya liderləri iqlim dəyişikliyi mövzusunda bir qərara gələrək onu tətbiq etməlidirlər. Bu qərarların qiymətini isə tarix verəcək "-, deyə qəzəbini ifadə edib.

Papa bu sözləri ilə həm də ABŞ Prezidenti Donald Trampın iqlim dəyişikliyi mövzusundakı qərəzli fikirlərinə qarşı çıxıb və onu axmaq adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31