Tanker qəzaya uğradı: 5 nəfərdən xəbər yoxdur
Sinqapur sularında İndoneziyaya məxsus tanker dənizdən qum çıxaran xüsusi qurğu ilə təchiz edilmiş gəmi ilə toqquşub. İnsident nəticəsində 5 nəfər dəniz sularında qərq olub. Sinqapur Dəniz və Liman Administrasiyasının yaydığı məlumatda bildirilir ki, gəmi Dominikan Respublikasında qeydiyyatdan keçib, göyərtəsində 11 Çin və Malayziya vətəndaşı olub. İtkin düşənlərdən isə 4 nəfərin Çin, 1 nəfərin Malayziya vətəndaşı olduğu bildirilir.
13 Sentyabr 2017 10:49 DünyaSinqapur sularında İndoneziyaya məxsus tanker dənizdən qum çıxaran xüsusi qurğu ilə təchiz edilmiş gəmi ilə toqquşub. İnsident nəticəsində 5 nəfər dəniz sularında qərq olub. Sinqapur Dəniz və Liman Administrasiyasının yaydığı məlumatda bildirilir ki, gəmi Dominikan Respublikasında qeydiyyatdan keçib, göyərtəsində 11 Çin və Malayziya vətəndaşı olub. İtkin düşənlərdən isə 4 nəfərin Çin, 1 nəfərin Malayziya vətəndaşı olduğu bildirilir.
Məlumata görə, gəmi tanker Sinqapur limanını tərk edərkən toqquşub. Trend.az