ABŞ: “Türkiyə üçün ən yaxşı müdafiə sistemi Amerikadır”

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) NATO-nun standardlarına uyğun olan ballistik raket müdafiə sistemlərinin Türkiyəyə çatdırılması üçün işləri sürətləndirib. Bu barədə Pentaqonun sözçüsü Coni Mişel açıqlama verib: “Türkiyənin səlahiyyətli nümayəndələrinə S-400 raketdən müdafiə sistemlərinin alınması haqqında narahatlıqlarımızı bildirdik. NATO ilə uyğunlaşan raket sistemi Türkiyəni yerləşdiyi bölgədə bütün təhdidlərdən qorumaq üçün ən yaxşı alternativ kimi qalmağa davam edir.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) NATO-nun standardlarına uyğun olan ballistik raket müdafiə sistemlərinin Türkiyəyə çatdırılması üçün işləri sürətləndirib. Bu barədə Pentaqonun sözçüsü Coni Mişel açıqlama verib: "Türkiyənin səlahiyyətli nümayəndələrinə S-400 raketdən müdafiə sistemlərinin alınması haqqında narahatlıqlarımızı bildirdik. NATO ilə uyğunlaşan raket sistemi Türkiyəni yerləşdiyi bölgədə bütün təhdidlərdən qorumaq üçün ən yaxşı alternativ kimi qalmağa davam edir. ABŞ və Türkiyənin müdafiə və hərbi ticarət sahəsində dərin və önəmli münasibətləri var. Türkiyə raketdən müdafiə sektorunun daha geniş və uzunmüddətli ehtiyacları üçün ABŞ daxil, bütün NATO müttəfiqləri ilə birgə sistemləri istifadə etməyə davam edir. Buna görə də ABŞ imkanı daxilində Türkiyəyə satılan müdafiə sistemlərinin çatıdırılması işlərini sürətləndirəcək".

Pentqaon sözçüsü, həmçinin, Türkiyə ilə ortaq razılaşmaların və müttəfiqliyin ABŞ üçün önəmli olduğunu vurğulayıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31