Gündəm

Trampın qaçqınlarla bağlı qəbul etdiyi qanun təsdiqləndi

13 Sentyabr 2017 13:08

Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsi Prezident Donald Trampın qaçqınlarla bağlı qəbul etdiyi qanunu təsdiq edib. Trampın qaçqınlara tətbiq etdiyi sanksiyalar hakimlərin layihənin qanunlara uyğunluğunu yoxlayıb müvafiq qərar qəbul edənə qədər keçərli olacaq.

Ermənilər Qarabağın qaytarılmasını tələb edəcək - Putinə ŞANTAJ

13 Sentyabr 2017 13:05

Ermənistanın Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı “Yelk” blokunun təklifi ölkəni qarışdırıb.  Daşnaksütyun partiyasının parlament fraksiyasının rəhbəri Armen Rustamyan bu təklifin əleyhinə çıxıb və qalmaqallı bəyanat verib. “Bu məsələləri qaldıranlar, təhlükəsizliyin nə demək olduğunu anlamırlar.

Ermənistanda 180-dan artıq vəkil aclıq aksiyasına başladı - VİDEO

13 Sentyabr 2017 12:59

Bu gün Ermənistanda 180-dan artıq vəkil aclıq aksiyasına başlayıb. "Ermənistan xəbərləri" portalı yazır ki, onlar məhkəmələrdə və cəzaçəkmə müəssisələrində qanunsuz araşdırmalar və axtarışlara qarşı etiraz edirlər.  Bununla yanaşı, vəkillər təşkil edilən müzakirələr zamanı öz problemlərini də müzakirə edəcəklər. Müzakirələrdə vəkillər palatasının sədri Ara Zöhrabyan da iştirak edir.

Знаменитые театральные постановки Великобритании и фильмы-выставки будут представлены в Park Cinema

13 Sentyabr 2017 12:49

В рамках проекта British Council TheatreHD впервые всемирно известные театральные постановки будут показаны на больших экранах Park Cinema во Flame Towers. В рамках проекта пьеса «Амадей» будет представлена зрителям 13 сентября. Спектакль начнется в 19:00 и вместе с антрактами продлится 2 часа 30 минут. Синопсис фильма: Вена – музыкальная столица мира. Антонио Сальери, который служит композитором при дворе, знакомится с Вольфгангом Амадеем Моцартом – молодым гением, приехавшим покорить Вену.

Azərbaycanda ilk dəfə - Britaniyanın məhşur teatr tamaşaları Park Cinemada

13 Sentyabr 2017 12:47

Sentyabrın 13 – də British Councilın TheatreHD layihəsi çərçivəsində Park Cinema Flame Towersdə ilk dəfə dünyada məhşur teatr tamaşaları böyük ekranda göstəriləcək. “Olaylar” bildirir ki, layihə çərçivəsində “Amadeus” tamaşası izləyicilərə təqdim olunacaq. Axşam saat 19:00-da başlayacaq tamaşa antraklarla birlikdə 2 saat 30 dəqiqə davam edəcək. Filmin rejissoru Maykl Longhurstin yeni quruluşda təqdim etdiyi tamaşada canlı orkestr musiqisi səslənir. Park Cinemada nümayiş oluncaq tamaşalar Londonda və Britaniyada ən çox uğur qazanmış tamaşalardır.

“Lester”in kapitanı evindən qovuldu

13 Sentyabr 2017 12:46

İngiltərənin "Lester" klubunun kapitanı Ues Morqan xoşagəlməz halla üzləşib. Yamaykalı müdafiəçi evindən qovulub. Buna Morqanın həyat yoldaşı Şenin Fişerə xəyanət etməsi səbəb olub. Belə ki, futbolçunun xanımına anonim zəng gəlib və adını açıqlamayan şəxs onun əri tərəfindən 3 ildi aldadıldığını bildirib. Fişerin təzyiqindən sonra Morqan xəyanət etdiyini boynuna alıb və 27 yaşlı sevgilisinin hamilə olduğunu da gizlətməyib. Şoka düşən xanım həyat yoldaşını Nottingemdəki 1 milyon avroluq evdən qovub. Nəticədə futbolçu özünə kirayə ev tutmaq məcburiyyətində qalıb.  

Yaxın Şərqdə milyonlarla xristian qaçqının taleyinin açarı Qarabağda 1 milyon köçkünün probleminin həllindədir

13 Sentyabr 2017 12:44

Moskvada dini liderlərin görüşünün təşəbbüskarı Moskva və Bütün Rusiyanın Patriarxı Kiril həzrətləri idi. Hörmətli Patriarx Kiril daim Azərbaycan və Ermənistan dini liderlərinin görüşü təşəbbüsünü irəli sürüb. Azərbaycanın dini lideri də erməni dini lideri ilə görüş təklifindən heç vaxt imtina etməyib.

Səfir: "Aprel hadisələri Azərbaycanın ordusunun nəyə qadir olduğunu göstərdi"

13 Sentyabr 2017 12:42

“Türkiyə ilə Azərbaycan iki qardaş dövlətdir. Bu gün Azərbaycanın və Türkiyənin ən böyük problemi Qarabağ məsələsidir”. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Metro qış vaxtına keçir

13 Sentyabr 2017 12:36

Yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı metropolitenində də sərnişin axınının get-gedə intensivləşməsi müşahidə olunur. “Bakı Metropoliteni”nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, mövsümün tələbləri nəzərə alınaraq, sərnişindaşıma qabiliyyətini artıraraq qatarlardan səmərəli istifadə etmək, həmçinin sərnişinə xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək məqsədilə metropolitendə bir sıra tədbirlər görülür. Onlar arasında, ənənə üzrə, qatarların yeni hərəkət cədvəlinin tətbiqi xüsusi yer tutur. Belə ki, «Bakı Metropoliteni» QSC sədri Zaur Hüseynovun əmrinə əsasən, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 18-dən metropolitendə qatarların hərəkətinin yeniləşmiş qrafiklə tənzimlənməsinə keçiləcək.

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatında  

13 Sentyabr 2017 12:35

Böyük Britaniyada səfərdə olan Azərbaycan Respublikasının nümayəndə heyəti BMT – nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında təşkilatın Baş katibinin köməkçisi və Üzv dövlətlərin Auditi və implementasiya üzrə dəstək şöbəsinin direktoru Cənab Laurens Barşyu ilə görüşüb.

Filmlərimiz “TEFİ-Sodrujestvo” VII Beynəlxalq televiziya festivalında

13 Sentyabr 2017 12:34

Sentyabrın 14-dən 17-dək Minskdə ənənəvi “TEFİ-Sodrujestvo” VII Beynəlxalq televiziya festivalı keçiriləcək. Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən bildirilib ki, Azərbaycan bu il festivala iki filmlə qatılacaq. Bunlar “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan SSRİ Xalq Artisti Müslüm Maqomayevə həsr olunmuş “Bəstəkar Müslüm Maqomayev” və İctimai Televiziya və Radio Yayımları Şirkətinin Azərbaycanın İvanovka kəndində yaşayan rusiyalı malakanların həyatına həsr etdiyi “Qərib olmayan, qürbətdəkilər” adlı sənədli filmlərdi.

Qəbələdə DTX əməliyyatı — Radikal dindarların həbsi

13 Sentyabr 2017 12:25

DTX və polis Qəbələdə əməliyyat keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xİdmətinin Rayon Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 12-də dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakinləri Bəhruz Qasımovun və Elman Tahirovun evlərinə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audiokaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanmış xəncər aşkar edilərək götürülüb.

Ətin qiyməti niyə dəyişib?

13 Sentyabr 2017 12:07

Azərbaycanda ət məhsullarının bahalaşmasına aydınlıq gətirilir. Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyinin sədri, ekspert Rahilə Mehdiyeva bildirib ki, istehlak bazarında satılan ət, əsasən, şəxsi həyətyanı və kiçik fermer təsərrüfatlarında yetişdirilən və qismən də xaricdən idxal olunan diri heyvanlar hesabına təmin olunur. Bu heyvanlar satışa çıxarılmazdan öncə 3-4 ay ərzində qapalı şəraitdə kökəldilir: "Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun ayları ərzində ət məhsullarının qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,6% artıb".

"Mançester Yunayted"də ciddi itki

13 Sentyabr 2017 12:06

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba "Basel"lə oyunda zədələnərək oyunu yarımçıq tərk edib. Matçın 20-ci dəqiqəsində Fellaini ilə əvəzlənən fransız futbolçu 1 neçə həftə meydanlardan uzaq qalacaq. "Qırmızı şeytanlar"ın baş məşqçisi Mourinyo açıqlamasında belə deyib.

İslam humanizm və həmrəylik dinidir

13 Sentyabr 2017 12:04

Astara şəhəri “Qum” məscidi dini icmasının həyata keçirdiyi “İslam humanizm və həmrəylik dinidir” layihəsi çərçivəsində Astara rayon Şiyəkəran kəndində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında əsrlərboyu Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin qarşılıqlı hörmət və ehtiram şəraitində birgə yaşadığını bildirib.  Q.Məmmədov dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərin təbliğinin  əhəmiyyətini vurğulayıb.