Gündəm

"İrma" qurbanlarının sayı məlum oldu

13 Sentyabr 2017 14:07

Karib hövzəsi və ABŞ-da "İrma" qasırğsı qurbanlarının sayı açıqlanıb. Qasırğa nəticəsində 55 nəfər həlak olub. ABŞ-ın Florida ştatında 12 nəfər həlak olub. Onlardan altı nəfər avtomobil qəzasının qurbanıdır. Bir nəfəri elektrik vurub. Bir nəfər də ürək çatışmazlığından dünyasını dəyişib.

Diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür

13 Sentyabr 2017 14:01

Müstəqillik illərindən sonra Azərbaycanda əsas diqqət yetirilən və inkişaf mərhələsi keçən sahələrdən biri də diaspora sahəsidir. Təsadüfi deyil ki, ötən müddət ərzində bu sahədə kifayət qədər işlər görülüb və müəyyən nailiyyətlər əldə olunub. Əgər əvvəllər ayrı-ayrı diaspor təşkilat və qurumları yalnız Bakıda bir araya gələ bilirdilərsə, artıq diasporumuzun müxtəlif ölkələrin ictimai-siyasi həyatındakı rolu bu mənfi tendensiyanı aradan qaldırıb və təşkilatlarımız dünyanın bir çox dövlətlərində öz toplantılarını keçirirlər.

Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyur

13 Sentyabr 2017 13:59

Artıq bir xeyli müddətdir ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Xüsusilə, bu sektorda mühüm istiqamət təşkil edən kənd təsərrüfatının daha da inkişaf etdirilməsi bu gün Azərbaycan dövlətinin qarşısında duran prioritet vəzifələr sırasındadır.

Avropa bankları iş yerlərini ixtisar etməyə məcbur olublar

13 Sentyabr 2017 13:56

Ötən il Avropa İttifaqı ərazisində fəaliyyət göstərən banklar təxminən 50 min iş yerini ixtisar etmək məcburiyyətində qalıblar. Bununla da bu sektorda çalışanların sayı 1997-ci ildən bəri ən aşağı göstəriciyə düşüb.

Ölkəmizin böyük turizm potensialı var

13 Sentyabr 2017 13:53

Son illər qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri olan turizm sahəsində də ciddi addımlar atılır, bu sahənin daha da inkişaf etdirilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Ancaq onu da qeyd etmək yerinə düşər ki, turizm sahəsinə nə qədər diqqət göstərilsə də, hələ də bu sahədə müəyyən nöqsanlar qalmaqdadır.

Məşhur futbolçunun evinə oğru girdi

13 Sentyabr 2017 13:47

"Bavariya"nın müdafiəçisi Jerom Boatenqin evinə oğru girib. Soyğunçu evdən heç nə apara bilməyib. Maraqlıdı ki, oğru ailə evdə olarkən gizlincə arxa qapıdan içəri daxil olub. Lakin Boatenqin qızlarından biri onu görüb və qışqırmağa başlayıb. Nəticədə naməlum şəxs heç nəyə əl vurmadan qaçıb. Boatenqin qızı həmin adamın şəklini çəkərək polisə təqdim edib. Buna baxmayaraq, polis işçiləri onun yaxalanacağına şübhə edirlər.

Qurban Qurbanov ingilis mediasına: "Qarabağın çox hissəsi erməni daşnaklarının əlindədir"

13 Sentyabr 2017 13:43

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında "Çelsi"yə məğlubiyyətdən (0:6) sonra mətbuat konfransı keçirib. Britaniyalı jurnalistlərin suallarını cavablandıran mütəxəssis komandanın tarixi barədə də onlara məlumat verib.

Günel Səfərova: "ATƏT qanunsuz seçkilərin və saxta müşahidəçiliyin qarşısını almalıdır"  

13 Sentyabr 2017 13:34

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirir. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Müdafiə naziri İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub

13 Sentyabr 2017 13:33

İsrailə rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub.

9 hakim və vəkil qadın həbs olundu

13 Sentyabr 2017 13:31

Türkiyədə FETÖ terror qruplaşmasına qarşı  "hakim və prokuror iş evləri" adlı əməliyyat həyata keçirilib. “Olaylar” bildirir ki, əməliyyat zamanı 80 nəfər saxlanılıb. Saxlanılan arasında vaxti ilə vəkil və hakim vəzifələrində çalışan 9 qadın var.

Restoran və dönərxanalarda əhaliyə at-eşşək əti yedizdirilir

13 Sentyabr 2017 13:28

Azərbaycanda dana və quzu ətinin bahalaşmasının at və eşşək ətinin satış arealının genişlənməsinə rəvac verdiyi bildirilir. 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyalarından əvvəl 7 manat - 7 manata 50 qəpiyə satılan dana əti hazırda 11 manat 50 qəpik - 12 manata, 8 manat-8 manat 50 qəpiyə satılan quzu əti isə  12-13 manata  təklif edilir.

Üçüncü Maydan başladı – Saakaşvilidən ÇAĞIRIŞ

13 Sentyabr 2017 13:25

Bu gün Lvov şəhərində qaldığı mehmanxanadan naməlum istiqamətdə getdiyi deyilən Mixail Saakaşvili tapılıb.  Saakaşvili Çernovtsı şəhərinin mərkəzi meydanında mitinq keçirəcəyini bildirib və əhalini meydana çağırıb. Siyasətçinin mətbuat katibi Darya Çij jurnalistlərə söz verdi ki, Saakaşvili 13 sentyabr saat 18:00-da Çernovtsının mərkəzi meydanında olacaq.

Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşdü

13 Sentyabr 2017 13:23

Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşüb.  Təcrübəli müdafiəçi eyni mövsümdə Çempionlar Liqasında həm baş məşqçi, həm də futbolçu kimi iştirak edib. Sadıqov "Qarabağ"ın kapitanı olmaqla yanaşı, həm də Ağdam təmsilçisinin U-19 komandasının baş məşqçisidir.

İnstitut direktoru: "Erməni mənbələri təsdiq edir ki, İrəvanda oturaq erməni əhalisi yaşamayıb"

13 Sentyabr 2017 13:17

İlk mənbələr, o cümlədən erməni mənbələri təsdiq edir ki, İrəvan şəhərində oturaq erməni əhalisi yaşamayıb.  Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov İrəvan xanlığının tarixinə dair 4 adda broşürün (Azərbaycan və rus dillərində) təqdimat mərasimində çıxış edərkən deyib. O bildirib ki, ermənilər nəinki Cənubi Qafqazın, hətta Asiya qitəsinin yerli əhalisi deyillər. 

Rusiyanın 7 şəhərində bombalar partlayacaq

13 Sentyabr 2017 13:10

Rusiyanın 7 şəhərində bomba həyəcanı yaşanıb. Stavropol, Yujno-Saxalinsk, Maqadan, Vladivostol, Perm, Kalininqrad, Krasnoyarsk şəhərlərində 22 obyektə bomba qoyulması ilə bağlı anonim zənglər daxil olub.