Gündəm

Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilas edilib

13 Sentyabr 2017 15:14

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bəhrəmtəpə-Horadiz yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində “MAZ” markalı yük avtomobili yol qəzası nəticəsində yol kənarına aşıb.

Sumqayıtda evə silahlı hücum edən şəxslər saxlanılıb

13 Sentyabr 2017 15:13

Sumqayıtda ictimai asayişi kobud surətdə pozaraq xuliqanlıq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə “Olaylar”a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilir ki, sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfərin xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb xəsarət yetirdikləri, daha sonra isə onun evinə hücum edərək tapança ilə hədələdikləri barədə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) məlumat daxil olub.

Opera və Balet Teatrında PREMYERA

13 Sentyabr 2017 15:11

Oktyabrın 7 – də Opera və Balet Teatrında  109-cu mövsümün ilk premyerası olacaq. “Olaylar” Azərbaycanın görkəmli bəstəkarı Xalq artisti Cahangir Cahangirovun "Xanəndənin taleyi" operasının tamaşası olacaq.

Azərbaycan “Worldfood Moscow” Sərgisində “Ən yaxşı debüt” mükafatına layiq görülüb

13 Sentyabr 2017 15:10

Moskvada keçirilən 26-cı “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendi ilə təmsil olunan Azərbaycan “Ən yaxşı debüt” mükafatına layiq görülüb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, sərginin yeganə eksklüziv partnyoru olan Azərbaycan “Worldfood Moscow”ya ilk dəfə qatılsa da, pavilyonumuzun milli ornamentlərdən istifadə olunmaqla yüksək zövqlə tərtib edilməsi, nümayiş olunan maraqlı proqram sərginin təşkilatçısı, dünyaca məşhur “ITE Group” tərəfindən yüksək qiymətləndirilib. “Made in Azerbaijan” vahid ölkə stendinin ən yaxşılardan biri kimi mükafat alması həm də Sərgi ziyarətçilərinin pavilyonumuza və burada nümayiş olunan təbii və keyfiyyətli məhsullara olan böyük marağının göstəricisidir.

Millət vəkilindən “26” restoranı ilə bağlı açıqlama

13 Sentyabr 2017 15:06

“Köhnə “26-lar”, indiki “Sahil” bağının ərazisində yerləşən “26” restoranın məsələsi hüquq-mühafizə orqanları tərəfindən dərindən araşdırılmalıdır. Hüquq-mühafizə orqanları tərəfindən tam araşdırma başa çatdırılmadan ayrı-ayrı insanları ləkələməyə də yol vermək olmaz”.

DİQQƏT! Dünəndən növbəti geomaqnit qasırğası başlayıb

13 Sentyabr 2017 15:00

Dünəndən etibarən növbəti geomaqnit qasırğası başlayıb. Bunu  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. Onun sözlərinə görə, hazırda G1 sinfinə malik geomaqnit qasırğası davam edir. Gün ərzində G2 sinifli qasırğa gözlənilir (maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş verir): "Bir neçə gün əvvəl baş vermiş güclü qasırğa isə G4 kateqoriyalı idi. Sabah da geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir (G1 sinifli geomaqnit qasırğası ilə müşayiət olunacaq). Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 5-dir (maksimum 9 olur)".

Qanuni oğru Gela Tbilisski Ukraynada saxlanıldı

13 Sentyabr 2017 14:50

Kiyev polisinin əməkdaşları qanuni oğru Gela Tbilisskini saxlayıblar. Yaz aylarında Rusiyaya təhvil verilən qanuni oğru artıq ikinci dəfədir ki, Kiyev polisi tərəfindən saxlanılır. Kiyev polisinin internet səhifəsində yerləşdirilən məlumata əsasən hüquq-mühafizə orqanları yaz aylarında Gürcüstan əsilli, Rusiya vətəndaşı 51 yaşlı Coşua Gelanı azadlıqdan məhrum ediblər.

Ailəsi ilə birlikdə öldürülən bankir, 60 QƏTL

13 Sentyabr 2017 14:47

Rusiyanın ən çox axtarılan cinayətkarı “Jako” ləqəbli Aslan Qaqiyev onun ekstradisiyası haqqında qərarın qəbul olunmasından sonra yenidən həbs edilib.

Almaniya Türkiyəyə təzyiqlər göstərir – XİN rəhbəri

13 Sentyabr 2017 14:42

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan insanların fikirlərini ölkə daxilindəki problemlərdən yayındırmaq üçün Almaniya ilə münasibətləri pisləşdirir. Bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel “Nordwest Zeitung” nəşrinə müsahibəsində bildirib.

Ermənilər nəinki Cənubi Qafqazın, hətta Asiya qitəsinin yerli əhalisi deyil

13 Sentyabr 2017 14:37

Sentyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda İrəvan xanlığının tarixinə dair 4 adda broşürün (Azərbaycan və rus dillərində) təqdimat mərasimi keçirilib. Tədbir AMEA-nın Tarix İnstitutu və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə reallaşıb.

QHT TV təqdim edildi

13 Sentyabr 2017 14:33

Sentyabrın 13 – də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda ilk dəfə QHT-lər üçün ixtisaslaşmış internet televiziyasının təqdimat mərasimi olub. Tədbiri giriş sözü ilə  ““QHT TV” - vətəndaş cəmiyyəti təşkilatları üçün media imkanlarının genişləndirilməsi” layihəsinin rəhbəri Cəsarət Hüseynzadə açaraq bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilir.

Strateji Yol Xəritəsinin icra vəziyyəti hədəf göstəricilərinə uyğundur

13 Sentyabr 2017 14:26

Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi inkişaf etmiş ölkələrə belə mənfi təsirini göstərməkdədir. Mürəkkəb xarici iqtisadi mühit ölkəmizin də  makroiqtisadi və maliyyə sabitliyinə təsirsiz ötüşməyib.

Təl-Əviv-Bakı münasibətləri inkişaf edir

13 Sentyabr 2017 14:24

Azərbaycanın xarici siyasətində İsraillə əməkdaşlıq, bu ölkə ilə əlaqələri daha da inkişaf etdimək mühüm istiqamətlədən birini tutur. Müsbət tendensiya bundan ibarətdir ki, rəsmi Təl-Əviv də öz növbəsində Bakı ilə əməkaşlıqda maraqlı görünür və Cənubi Qafqazda Azərbaycanın yeri və rolunu xüsusi qiymətləndirir.

Vətəni qibləgah edən Aprel şəhidləri

13 Sentyabr 2017 14:23

Aprel qəhrəmanları Azərbaycan gəncləri üçün əsil vətənpərvərlik nümunəsinə çevriliblər. Artıq şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar dillər əzbəri olub. Belə igid oğulların keçdiyi həyat yolunun ictimaiyyətə çatdırılması nəinki gənclər, eləcə də bütün soydaşlarımızın vətənpərvər ruhunun yüksəlməsində əhəmiyyətli rol oynayır.

Rusiyada Penitensiar Xidmətinin direktor müavini saxlanılıb

13 Sentyabr 2017 14:11

Rusiya Federal Penitensiar Xidmətinin direktor müavini Oleq Korşunov saxlanılıb. Oleq Korşunov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir. Mümkün qətimkan tədbiri barədə suala cavabında mənbə bildirib: "Korşunov həbs ediləcək. Bununla bağlı qərar sabah qəbul ediləcək".