ABŞ Senatı İranla münaqişəni dayandırmağı nəzərdə tutan qətnaməni rədd edib – ÖZƏL
12:43 SiyasətOlaylar.az xəbər verir ki, ABŞ Senatı Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş və Prezident Donald Trampdan İranla hərbi əməliyyatları dayandırmağı tələb edən rəmzi qətnaməni rədd edib. Səsvermə zamanı 50 senator sənədin əleyhinə, 49 nəfər isə lehinə səs verib. Nümayəndələr Palatasında bir neçə dəfə analoji tələblər dəstəklənsə də, Senatdakı respublikaçıların böyük əksəriyyəti prezidentin mövqeyini müdafiə edib.
Münaqişə zonasında tərəflər arasında hərbi əməliyyatların dayandırılmasına dair razılaşmalara baxmayaraq, zərbələr müəyyən aralıqlarla davam edir və gərginlik hələ də tam tənzimlənməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31