Fransa və Almaniya Aİ-nin təhlükəsizlik sahəsində səlahiyyətlərinin genişləndirilməsinə qarşıdırlar- ÖZƏL
12:27 DünyaFransa və Almaniya Avropa Komissiyasının təhlükəsizlik sahəsində səlahiyyətlərinin genişləndirilməsinə qarşı çıxırlar. Olaylar.az xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri diplomatlara istinadən məlumat verib. Onun sözlərinə görə, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen təxribat və kiberhücumlardan qorunmaq üçün yeni vasitələrin tətbiqi imkanlarını nəzərdən keçirir. Lakin Fransa və Almaniya kimi inkişaf etmiş təhlükəsizlik və müdafiə qurumlarına malik ölkələr Brüsselin səlahiyyətlərini genişləndirmək cəhdlərinə müqavimət göstərirlər.
Nəşr qeyd edir ki, çərşənbə günü Avropa Komissiyası hibrid təhdidlərə qarşı mübarizə ideyalarını Aİ üzv dövlətlərinin daimi nümayəndələrinə təqdim edəcək. Aİ-nin təhlükəsizlik strategiyasının oktyabr ayının sonuna qədər dərc olunması planlaşdırılır. Nəşr bir mənbəyə istinadən bildirir ki, "Fransa və Almaniyanın Komissiyaya təhlükəsizlik sahəsində daha çox səlahiyyət vermək istədiklərini təsəvvür etmək çətindir". Digər Aİ ölkələri yeni maliyyələşdirmə ayrılması şərtilə təhlükəsizlik sistemində böyük bir islahatı dəstəkləyirlər.