Opera və Balet Teatrında PREMYERA

Oktyabrın 7 – də Opera və Balet Teatrında  109-cu mövsümün ilk premyerası olacaq. “Olaylar” Azərbaycanın görkəmli bəstəkarı Xalq artisti Cahangir Cahangirovun "Xanəndənin taleyi" operasının tamaşası olacaq.

Oktyabrın 7 - də Opera və Balet Teatrında  109-cu mövsümün ilk premyerası olacaq. "Olaylar" Azərbaycanın görkəmli bəstəkarı Xalq artisti Cahangir Cahangirovun "Xanəndənin taleyi" operasının tamaşası olacaq.
Yeni quruluşda isə əsas qəhrəmanın obrazını Teatrın solisti - Əməkdar artist İlkin Əhmədov yaradacaqdır. Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Səhnə tərtibatı və kostyum eskizlərinin müəllifi isə Əməkdar mədəniyyət işçisi, rəssam Tehran Babayevdir.
Operanın ilk quruluşunda əsas partiyanı mərhum sənətkar, Xalq artisti Baba Mahmudoğlu ifa etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31