Gündəm

Bahar Muradova Vyetnam nümayəndə heyəti ilə görüşüb

13 Sentyabr 2017 16:01

Milli Məclis Sədrinin müavini Bahar Muradova Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çyunq Txi Mayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Vyetnam-Azərbaycan əlaqələrinin 25 illiyi: nailiyyətlər və gələcək perspektivlər mövzusunda konfrans keçirilib

13 Sentyabr 2017 15:58

Sentyabrın 13-də  Azərbaycan Respublikasının Səfirliyi və Vyetnam Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə Hanoyda " Vyetnam-Azərbaycan əlaqələrinin 25 illiyi: nailiyyətlər və gələcək perspektivlər" mövzusunda konfrans təşkil edilib. “Olaylar” xəbər verir ki, Konfrans Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.

""Qarabağ" inamlı oyun nümayiş etdirdi" - Qlen Hodl

13 Sentyabr 2017 15:56

"Qarabağ" Çempionlar Liqasında ilk dəfədir iştirak edir. Komanda bu turnirdə birinci oyununu keçirdi". Bu sözləri "Çelsi" və "Tottenhem"in, həmçinin İngiltərə millisinin sabiq baş məşqçisi Qlen Hodl deyib.

Ermənistan Azərbaycanla sərhəddə hava limanı tikir

13 Sentyabr 2017 15:54

Ermənistanın "Sünik" vilayətində hava limanı binasının tikinti işlərinə başlanılıb. Bu haqda, Sünik vilayət başçısının müavini Robert Hayrapetyan öz "Facebook" səhifəsində məlumat yayıb. O, həmçinin hava limanı binasının layihəsinin şəkillərini də yayımlayıb. 

İran hərbi bazaların yoxlanılmasına icazə verməyəcək

13 Sentyabr 2017 15:52

Hərbi bazaların yoxlanılmasına icazə verməyəcəyik.  Bunu İran Silahlı Qüvvələri komandanının müavini Əhmədrza Purdəstan ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin İranın hərbi bazalarının yoxlanıla biləcəyinə dair açıqlamasına münasibət bildirirkən deyib. 

"Beynəlxalq Bank"ın daha bir vəzifəli şəxsinin məhkəməsi başladı

13 Sentyabr 2017 15:51

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Beynəlxalq Bank" ASC-nin nəzdində fəaliyyət göstərən "Azərikard" MMC-nin Maliyyə Menecmenti Departamentinin dələduzluqda təqsirləndirilən direktoruGülşən Əliyeva və sürücüsü Bayram Şəfiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Qənirə Paşayeva Türk dünyası QHT-lərini fəal olmağa çağırdı

13 Sentyabr 2017 15:49

Millət vəkili Qənirə Paşayeva ön cəbhədə Türkiyə nümayəndə heyətinə işğalçı Ermənistanın vandalizm aktlarını göstərib və həqiqətlərimizin daha geniş yayılmasında Türk dünyası QHT-lərini daha fəal olmağa çağırıb. Qardaş Türkiyədən gəlmiş və Azərbaycanın Türkiyədə daha geniş tanıdılmasında,  Qarabağ həqiqətlərinin yayılmasında fəal olan  İSTAD təşkilatının sədri Səfər Karakoyunlunun rəhbərlik etdiyi 17 nəfərlik  nümayəndə heyəti Azərbaycana səfərləri çərçivəsində ön cəbhə rayonu olan Tovuza da səfər ediblər.  Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın müşayiəti ilə qonaqlar Tovuzda ilk öncə Şəhidlər Xiyabanını ziyarət ediblər.

Moskvada ticarət mərkəzi yanır - İnsanlar təxliyə olunur

13 Sentyabr 2017 15:47

Moskvanın qərbində ticarət mərkəzində yanğın başlayıb. Yanğın "Filion" ticarət mərkəzinin ikinci və dördüncü mərtəbələrdə qeydə alınıb. Hazırda yanğınla əlaqədar işçilər və müştərilər təxliyə olunur. Xəsarət alanların olması barədə məlumat verilmir. 

Təcili yardım həkimlərini döyənlər, təhqir edənlərlə bağlı məsələ Milli Məclisə çıxarılacaq

13 Sentyabr 2017 15:45

Tibb işçilərinin, xüsusilə də təcili tibbi yardım işçilərinin statuslarının və hüquqlarının artırılması təklif olunur. Bu təşəbbüslə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, bununla bağlı parlamentin payız sessiyasında məsələ qaldırmaq niyyətindədir.

Sumqayıtda tapançalı xuliqanlar tutuldular

13 Sentyabr 2017 15:29

Sumqayıtda ictimai asayişi kobud surətdə pozaraq xuliqanlıq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. DİN-dən verilən məlumata görə, daxili işlər orqanları cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai asayişi kobud surətdə pozan, üzərlərində qanunsuz olaraq silah saxlayan şəxslərin müəyyən edilərək qanunla məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri tədbiri həyata keçirib.

Yaponiyanın Baş naziri Prezident İlham Əliyevi təbrik etdi

13 Sentyabr 2017 15:26

Yaponiyanın Baş naziri Şinzo Abe Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Mehman Əliyevin azadlığa çıxması radikalların ürəyincə olmayıb

13 Sentyabr 2017 15:23

Bu günlərdə Azərbaycan prezidenti humanizm prinsiplərinə bir daha sadiqlik nümayiş etdirərək iki mühüm addım atdı. Birincisi, Azərbaycanın qanunlarına, ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən, işğal altında olan ərazilərimizə qeyri-qanuni səfər etdiyinə görə, müvafiq cəzaya məhkum edilən Aleksandr Lapşini əfv etdi. İkincisi, dövlət başçısının tövsiyəsi əsasında vergidən yayınma ittihamları ilə 3 aylıq həbs qətimkan tədbiri seçilən, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəz edildi.

Yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə edilir

13 Sentyabr 2017 15:20

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, fənlər üzrə metodbirləşmə sədrləri, psixoloqlar və uşaq birliyi rəhbərləri üçün bölmə iclasları davam edir. “OLAYLAR”-a Təhsil İdarəsindən daxil olan məlumata görə, paytaxt üzrə növbəti bölmə iclasları sentyabrın 13-də Xətai, Suraxanı və Sabunçu rayonlarında keçirilib.  BŞTİ-nin struktur bölmə rəhbərləri və əməkdaşlarının qatıldığı iclaslarda Təlimə Dəstək Mərkəzinin işçiləri moderatorluq ediblər.

Səhiyyənin inkişafına güclü dövlət dəstəyi var

13 Sentyabr 2017 15:17

“Ölkəmizdə səhiyyənin inkişafına güclü dövlət dəstəyi göstərilir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə gör, bu fikri Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov səsləndirib. O, bildirib ki, dövlət bu sahənin maddi-texniki bazasının gücləndirilməsi üçün lazımi addımları atır. Onun sözlərinə görə, məhz bu dəstəyin nəticəsidir ki, son illər yüzlərlə tibb ocağı tikilib istifadəyə verilib.

Oğrunun digər əməlləri ifşa edilib

13 Sentyabr 2017 15:16

Oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Zaur Süleykinin ətrafında Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun iyulun 19-dan avqustun 23-dək olan müddətdə 3 nəfərin velosipedlərini, habelə iyulun 15-də 1 mağazadan 5 gümüş üzük və 1 fləşkart oğurlaması da müəyyən edilib.