Fransada siyasətçilər Ukrayna münaqişəsi və Rusiya ilə münasibətlər barədə bəyanatlar veriblər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransada prezidentliyə namizəd Marin Le Pen "Politico"ya müsahibəsində bildirib ki, ölkəsi Rusiya ilə münaqişəyə girməməlidir. Büdcə məhdudiyyətləri səbəbindən Ukraynaya maliyyə yardımının dayandırılmalı olduğunu vurğulayan Le Pen, münaqişənin dayandırılmasına yönələn hər bir təşəbbüsü dəstəklədiyini qeyd edib. 

Solçuların lideri Jan-Lük Melanşon da bu mövqeyi bölüşərək Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirməsinin qadağan olunmasını tələb edib və xəbərdarlıq edib ki, silah tədarükünün davam etməsi Fransanı münaqişənin birbaşa tərəfinə çevirə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31