12 Aİ ölkəsi müdafiə proqramları ilə bağlı Fransaya qarşı çıxır- ÖZƏL
12:00 DünyaAB-yə üzv on iki dövlət Fransanın gələcək AB müdafiə proqramlarında AB-yə üzv olmayan ölkələrin iştirakını məhdudlaşdırmaq təklifinə qarşı çıxıb. Olaylar.az xəbər verir ki, bu barədə Euractiv portalı işçi sənədə istinadən məlumat yayıb.
İmzaçılar Aİ müdafiə layihələrində üçüncü tərəfin iştirakının mümkünlüyünü qoruyub saxlamağı dəstəkləyiblər. Onlar inanırlar ki, bu, maliyyələşdirmənin səmərəliliyini artıra və təchizat zəncirlərini gücləndirə bilər. Almaniya, Avstriya, Danimarka, Estoniya, Finlandiya, İtaliya, Latviya, Niderland, Portuqaliya, Rumıniya, İsveç və Sloveniya tərəfindən imzalanan sənəddə deyilir: "Müdafiə hazırlığımızı, xüsusən də hərbi texnikamızın qarşılıqlı fəaliyyət qabiliyyətini və standartlaşdırılmasını təmin etmək üçün sıx əməkdaşlıq etməliyik".
Fikir ayrılığı 2028-2034-cü illər üçün Aİ büdcəsinin icrasında Avropa Rəqabət Fondunun (ECF) istifadəsi ilə bağlıdır. 2 trilyon avroluq büdcə layihəsində bu fonda 409 milyard avrodan çox vəsaitin, o cümlədən Horizon tədqiqat və innovasiya proqramına 175 milyard avro və müdafiə və kosmosa 130 milyard avro vəsaitin xərclənməsi təklif olunur.